Momotombo — Nikaraquada yerləşən stratovulkan, Manaqua gölünün şimal-qərb sahilindədir. Kordilyera Los Maribios sıra dağlarının cənub-şərq sonluğunda yerləşir. Leon şəhəri 36 kilometr qərbdə yerləşir; vulkanın 1610-cu ildə püskürməsi erkən ispan yaşayış məskəninin sakinlərini məcbur etdi ki, şəhəri indiki yerinə köçürsünlər. Əvvəlki yerdə Köhnə Leonun (Leon Viexo) xarabalıqları qalıb.
| Momotombo | |
|---|---|
| isp. Momotombo | |
| |
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kordilyer dağları |
| Vulkan forması | stratovulkan |
| Son püskürmə | 2015 |
| Mütləq hündürlüyü | 1297 |
| Yerləşməsi | |
| 12°25′19″ şm. e. 86°32′24″ q. u.HGYO | |
| Ölkə | |
| Region | Leon departamenti |
![]() Momotombo | |
Konus, simmetrik formadadı.Vulkan Nikaraquanın rəmzlərindən biridir. Onun təsvirini açıqcalar, poçt markaları, reklam prospektlərinin üstündə tez-tez görmək olar. O, Nikaraquanın 1854-cü ilki gerbində əks olunub.
2015-ci il dekabrın 1-də (yerli vaxtla 30 noyabrdan 1 dekabra keçən gecə) vulkanın 110 il ərzində ilk püskürməsi başlanmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, momotombo sözünün mənası, momotombo haqqında məlumat. momotombo nədir? momotombo nə deməkdir?
