Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nağılın tarixi Edo dövrünə qədər uzanır. Momotaro nəhəng bir şaftalının içində dünyaya gəlir. Çay kənarında paltar yuyayn uşaqsız bir qoca qadın axan çaydan bu

Momotaro

  • Ana Səhifə
  • Vikipediya
  • Momotaro

Momotaro (桃太郎?, azərb. Şaftalı uşaq‎) – yapon folklorunda populyar qəhrəman.

Momotaro şaftalının içindən çıxır.

Mündəricat

Nağıl

Nağılın tarixi Edo dövrünə qədər uzanır. Momotaro nəhəng bir şaftalının içində dünyaya gəlir. Çay kənarında paltar yuyayn uşaqsız bir qoca qadın axan çaydan bu nəhəng şaftalını alır. Qadın və əri şaftalını yemək üçün açanda uşağı tapırlar. Uşaq onlara cənnətdən oğulları olaraq göndərildiyini deyir. Cütlük ona momo (şaftalı) və taro (ailədə ən böyük oğul) sözlərindən ibarət Momotaro adını verir.

İllər keçəndən sonra Momotaro kəmərinə üç ədə meyvəli börək taxaraq quldur bir qrup olan onilər ilə döyüşmək üçün evdən ayrılır və adaya tərəf yol alır. Yolda qarşısına danışan it çıxır və kəmərində nə daşıdığını soruşur. Momotaro itə yanında Yaponiyanın ən yaxşı darı börəyinin olduğunu deyəndə it ona bir az ondan versə, ona yoldaşlıq edəcəyini deyir. Eyni şəkildə bir meymun və bir qırqovul da Momotaroya qoşulur.

Momotaro və heyvan yoldaşları adadakı onilərin qalasına girib döyüşməyə başlayırlar. Momotaro onilərin başçısına qalib gəlir. Beləliklə, Momotaro və dostları onilərin talan etdikləri xəzinəni ələ keçirirlər və başçını əsir alırlar. Momotaro evə qayıdır və o zamandan ailəsi ilə birlikdə xoşbəxt həyat yaşayır.

Populyar mədəniyyətdə

Momotaronun hekayəsi əsasında müxtəlif kitablar, filmlər və digər əsərlər istehsal olunmuşdur. 1885-ci ildə Haseqava Takeciro tərəfindən ilk dəfə ingilis dilinə tərcümə edilmişdir. Hekayənin mənşəyi Okoyama prefekturası ilə sıx bağlıdır. Hekayədəki oni adası olan Oniqaşima geniş mağaralarına görə Takamatsu yaxınlığındakı Meqicima adası ilə əlaqələndirilir.

Momotaro ilə bağlı populyar uşaq mahnısı "Mamotaro-san no Uta" ilk dəfə 1911-ci ildə yayımlanmışdır. Yazarı anonim, bəstəkarı Teyiçi Okanodur.

Həmçinin hər ilin 5 mayında Momotaro məbədində Momotaro festivalı keçirilir.

Hərbi təbliğat

Momotaro İkinci dünya müharibəsində müxtəlif müharibə filmlərində və cizgi filmlərdə istifadə olunmuş populyar personaj idi. Momotaro Yaponiyanı, heyvanlar vətandaşları, şeytan fiquru ABŞ-ni təmsil edirdi. Oniqaşima adası isə Pörl Harboru simvolizə edirdi. Yaponiyanın güclü ABŞ-yə qarşı qalib gələcəyi, amma bunun üçün vətəndaşların hökumətə dəstək verməsinin lazım olduğu vurğulanırdı. Bununla bağlı çəkilmiş "Momotaro: Sacred Sailors" həm də ilk uzunmetrajlı anime filmi idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Momotaro haqqında məlumat. Momotaro nədir? Momotaro nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Şərqi Pireney

  • Fevral 17, 2026

    De-fakto

  • Mart 01, 2026

    Məmməd Sadıqov

  • Fevral 27, 2026

    Uqra görüşü

  • Fevral 27, 2026

    I Abbas

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst