Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mixael Artur Yozef Yakob Hayniş (alm. Michael Arthur Josef Jakob Hainisch‎; 15 avqust 1858[…] – 26 fevral 1940[…], Vyana) — Avstriya siyasətçisi, Birinci Dünya

Mixael Hayniş

  • Ana Səhifə
  • Vikipediya
  • Mixael Hayniş

Mixael Artur Yozef Yakob Hayniş (alm. Michael Arthur Josef Jakob Hainisch‎; 15 avqust 1858[…] – 26 fevral 1940[…], Vyana) — Avstriya siyasətçisi, Birinci Dünya müharibəsinin sonunda monarxiyanın süqutundan sonra 1920–1928-ci illərdə Avstriyanın ilk prezidenti.

Mixael Hayniş
alm. Michael Hainisch‎
Avstriya Prezidenti
9 dekabr 1920 – 10 dekabr 1928
Əvvəlkivəzifə təsis edilmişdir
SonrakıVilhelm Miklas
Şəxsi məlumatlar
Doğum tarixi 15 avqust 1858(1858-08-15)[…]
Vəfat tarixi 26 fevral 1940(1940-02-26)[…] (81 yaşında)
Vəfat yeri
  • Vyana, Üçüncü Reyx
Təhsili
  • Vyana Universiteti
Fəaliyyəti siyasətçi, iqtisadçı, fermer, yazıçı
Dini Roma-Katolik kilsəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq doktoru[d]
Təltifləri "Ağ şir" ordeninin böyük xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyatı

Mixael Artur Yozef Yakob Hayniş 15 avqust 1858-ci ildə Avstriya-Macarıstanda, indiki Avstriyanın Aşağı Avstriya diyarında anadan olmuşdur. O, fabrik sahibi olan atasının adını daşıyır. Anası Marianna Hayniş ölkədə sufrajizm seçki hüququ hərəkatının lideri idi.

Hayniş fəaliyyətinə Xəzinədarlıq və Təhsil Departamentində hüquqşünas və məmur kimi başlamışdır. O, daha sonra Aşağı Avstriya və Ştiriyadakı təqaüdə çıxmış və öz mülkləri ilə maraqlanmağa başlamışdır. O, burada model fermalara rəhbərlik etmiş, Fabian hərəkatının Avstriya bölməsinin rəhbəri və Mərkəzi Xalq Kitabxanasının yaradıcılarından biri olmuşdur. Hayniş sonrakı illərdə radikal sosializmdən uzaqlaşaraq mühafizəkar aqrarçı olmuşdur.

Prezidentliyi

Mixael Hayniş siyasi partiyalardan uzaq idi. O, parlament üzvü olmasa da, şəxsi səlahiyyətlərinə görə prezident seçilmişdir. Hayniş müstəqil namizəd idi. O, 1920-ci ildə seçilmiş və vəzifəyə başlamışdır. Hayniş 1928-ci ilə qədər iki dəfə prezidentlik etmişdir. O, assimilyasiya olunmuş Vyana yəhudi ailəsinin nəslindən olan Emiliya Fiqdor ilə evlənmişdir. Emiliyanın atası Qustav Vyana şəhərinin məclis üzvü idi.

Hayniş prezident kimi, Avstriyanın müharibədən sonra düşdüyü ağır vəziyyəti yaxşılaşdırmaq üçün çox çalışmışdır. O, kənd təsərrüfatı sektorunun inkişafı üçün çox işlər görmüş, dəmiryolunun elektrikləşdirilməsini təşviq etmiş, xüsusilə Alp dağlarında turizmi daha çox inkişaf etdirməyə çalışmışdır. Hayniş Almaniya kimi qonşu ölkələrlə ticarət təşviq etmişdir. O, həm də yerli adət-ənənələrin və mədəniyyətin qoruyucusu olmuş, qorunan abidələr haqqında qanunun yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Hayniş həmçinin, Avstriya Elmlər Akademiyasının fəxri üzvü olmuşdur.

1928-ci ildə əsas partiyalar Haynişi üçüncü müddətə yenidən seçmək üçün konstitusiyaya dəyişiklik etməyi təklif etmişdilər. Federal kansler İqnas Zeypel Hayniş üçün bir illik müddət təklif etmiş, lakin Hayniş üçüncü dəfə prezidentlik etməkdən imtina etmişdir. O, daha sonra 1929–1930-cu illərdə ticarət naziri vəzifəsində çalışmışdır.

O, pangerman ideyalarını dəstəkləmişdir və bu, mübahisə mövzusu olmuşdur. Hayniş daha sonra bir çox həmyerliləri kimi 1938-ci ildə Anşluss mövzusunda Nasist Almaniyasını dəstəkləmişdir. O, 1940-cı ilin fevralında, Anşlussdan təxminən iki il və İkinci Dünya müharibəsinin başlamasından bir neçə ay sonra vəfat etmişdir.

Əsərləri

  • Zukunft der Oesterreicher ("Avstriyalıların gələcəyi," 1892)
  • Zur Wahlreform ("Seçki islahatlarına doğru," 1895)
  • Kampf ums Dasein und Sozialpolitik ("Mövcudiyyət uğrunda mübarizə və sosial siyasət," 1899)
  • Heimarbeit (1906)
  • Fleischnot und Alpine Landwirtschaft

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mixael Hayniş haqqında məlumat. Mixael Hayniş nədir? Mixael Hayniş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsmət Qayıbov

  • Fevral 27, 2026

    Köln kürfürstlüyü

  • Fevral 27, 2026

    Soğan

  • Fevral 27, 2026

    Antonio Qaudi

  • Fevral 27, 2026

    Nişan mərasimi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst