Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirzənağılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.

Mirzənağılı

  • Ana Səhifə
  • Vikipediya
  • Mirzənağılı

Mirzənağılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.

Kənd
Mirzənağılı
39°23′53″ şm. e. 47°18′48″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Bələdiyyə Əhmədalılar bələdiyyəsi
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 252 nəfər (2009)
Milli tərkibi azərbaycanlı
Dini tərkibi İslam
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Mirzənağılı xəritədə
Mirzənağılı
Mirzənağılı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin ərazisinə aid edilib.

Mündəricat

Tarixi

Mirzənağılı kəndi XVIII əsrin ikinci yarasında salınıb. Kənd əhalisi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə, onun vəfatından sonra isə oğlu Cəfərqulu xana vergi ödəyirdi. 1823-cü ilə bağlı rus qaynağında göstərilir ki, kənd Cəfərqulu xana məxsusdur. Kənddə xana vergi ödəyən 10 ailə yaşayırdı. Vergi ödəməyənlər: Kasıb 3 tüstü, dul 1 tüstü. 1842-ci ilə bağlı rus qaynağında qeyd olunur ki, kənd Cəfərqulu xana bağlıdır. Kənd əhli Çaxırlı torpağında qışlayır. Dövlət tərəfindən kəndin əhalisi siyahıya alınıb. Həmin siyahıda 14 tüstünün əhalisi göstərilir.

5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Yaxın tarix

1993-cü ilin oktyabr ayında ermənilər kəndi işğal edib və buradakı bütün evlər yandırılaraq dağıdılıb. 1994-cü il yanvarın 5-i Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib. 2010-cu ilə qədər Mirzənağılıda 14 ailə yaşayıb. 2009-cu ilin noyabrında dövlət xəttiylə kənddəki 75 ev bərpa edilib. Kənd sakinlərinin də yarısı artıq evlərinə qayıdıb. Kənddə evlərin bərpası ilə yanaşı infrastruktur da yenidən qurulur. Artıq qaz çəkilişi yekunlaşıb. İçməli su problemi aradan qaldırılıb. Kəndin yol problemi də aradan qaldırılıb.

Toponimikası

Düzənlikdədir. Yaşayış məntəqəsini Mirzənağılı nəslinə mənsub ailələr saldığına görə həmin nəslin adı ilə adlandırılmışdır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 252 nəfər əhali yaşayır. Hazırda 75 evdən ibarət olan kəndin əhalisi 352 nəfərdir.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

2012-ci ilin fevralın 15-də Mirzənağılı kəndinin əhalisinə yeni çəkilmiş boru xətti vasitəsilə ilk dəfə təbii qaz verilməsinə başlanmışdır. Birpilləli sistem olmaqla ümumi uzunluğu 3,5 kilometr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 70 ədəd qaz sayğacı quraşdırılıb. Kəndə təbii qazın verilməsi ilə əlaqədar həmin gün kənddə tədbir keçirilmişdir.

Elə həmin il kəndin içməli su ilə təmin olunması məqsədilə artezian quyusu istifadəyə verilmişdir.

Qalereya

  • Mirzənağılı kəndində giriş lövhəsi
    Mirzənağılı kəndində giriş lövhəsi
  • Mirzənağılı kəndində qış fəsli
    Mirzənağılı kəndində qış fəsli

Həmçinin bax

  • Füzuli rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mirzənağılı sözünün mənası, mirzənağılı haqqında məlumat. mirzənağılı nədir? mirzənağılı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Təbrizi

  • Mart 01, 2026

    Qolda Meyer

  • Mart 06, 2026

    Day.az

  • Fevral 28, 2026

    Ceyms MakEvoy

  • Fevral 27, 2026

    Süleyman Rüstəm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst