Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Mingəçevir" TV 4 may 1998-ci ildə yaradılmışdır. Məqsəd əhali üçün gündəlik ictimai–siyasi xəbərlər, bədii–əyləncəli proqramlar, uşaqlar üçün cizgi filmlər, əd

Mingəçevir TV

  • Ana Səhifə
  • Vikipediya
  • Mingəçevir TV

Mingəçevir TV — 1998-ci ildə Mingəçevir şəhərində yayıma başlayan televiziya kanal idi.

Mingəçevir TV
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Mingəçevir
Dil Azərbaycan dili
Baş qərargah Mingəçevir, Azərbaycan
Yaranma tarixi 4 may 1998
Bağlanma tarixi 24 may 2021
Şüar Regionun televiziyası
Qardaş kanallar Alvin Channel tv

Mündəricat

Tarixçə

"Mingəçevir" TV 4 may 1998-ci ildə yaradılmışdır. Məqsəd əhali üçün gündəlik ictimai–siyasi xəbərlər, bədii–əyləncəli proqramlar, uşaqlar üçün cizgi filmlər, ədəbi–bədii, o cümlədən tənqid–təbliğ xarakterli verilişlər, video filmlərin yayımlanmasıdır.

Mingəçevir Televiziya və Radio Şirkəti 1998-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Nazirlik tərəfindən fəaliyyəti ilə əlaqədar nizamnaməsi təsdiq olunmuş və 10/63 saylı şəhadətnamə verilmişdir. MTV-nin hüquqi, maddi texniki bazasını, yaradıcılıq imkanlarını və kadr potensialını nəzərə alaraq 12-ci kanala qanuni fəaliyyəti üçün lisenziya verilmişdir. Telekompaniya gündəlik xəbərlər proqramı, həftəlik analitik proqram, habelə müxtəlif ictimai–siyasi, sosial–iqtisadi, hüquqi–elmi, maarifləndirmə və əyləncəli proqramlar hazırlayıb efirə yayımlayır. Teleşirkətin yayımı 16 rayon və şəhəri əhatə edir. Şirkətin kollektiv üzvləri əsasən gənclərdir və 50%-ə yaxını qızlardır. Şirkətin idarəetmə strukturu təsisçi tərəfindən təsdiq olunmuşdur. Struktura əsasən inzibatçılıq, maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət icraçı direktor həyata keçirir. Bundan əlavə xəbərlər, verilişlər, sosial–iqtisadi araşdırmalar, gənclər, reklam, hüquq layihə və təkliflər, texniki nəzarət və istehsalat, efir və proqramlar üçün xidmət departamentləri təşkil edilmişdir. Bütün idarəetmə strukturuna şirkətin prezidenti nəzarət edirdi. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etmiş kütləvi informasiya vasitələrinin son siyahısına Mingəçevir Televiziya və Radio Şirkəti əlavə edildi.

"Mingəçevir" TV-nin təsisçisi Məmmədov Vahid Əziz oğlu idi.

Ümumi efir vaxtının 18 faizini ölkədə istehsal olunan proqramlar, 37,5 faizini xaricdə istehsal olunan proqramlar, 44,5 faizini şəxsi istehsal proqramları təşkil edirdi.

Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Mingəçevir TV"nin regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq televiziya yayımçısının lisenziyasına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Verilişlərin siyahısı

  • Sevgi Mesajları
  • Mövqe
  • Vergi Saatı
  • Yol Üstü

Həmçinin bax

  • Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli 07/3 saylı Qərarı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mingəçevir tv sözünün mənası, mingəçevir tv haqqında məlumat. mingəçevir tv nədir? mingəçevir tv nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Orok dili

  • Mart 06, 2026

    Kələkötür acıçiçək

  • Fevral 27, 2026

    Ənvər Çingizoğlu

  • Fevral 27, 2026

    Bella Svon

  • Fevral 27, 2026

    Bənövşə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst