Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mikloş Radnoti (orijinal adı Mikloş Qlatter; 5 may 1909, Budapeşt – 9 noyabr 1944, 10 noyabr 1944 və ya 6 noyabr 1944) — macar müəllim və şair.

Mikloş Radnoti

  • Ana Səhifə
  • Vikipediya
  • Mikloş Radnoti

Mikloş Radnoti (orijinal adı Mikloş Qlatter; 5 may 1909, Budapeşt – 9 noyabr 1944, 10 noyabr 1944 və ya 6 noyabr 1944) — macar müəllim və şair.

Mikloş Radnoti
mac. Radnóti Miklós
Doğum adı Glatter Miklós
Doğum tarixi 5 may 1909(1909-05-05)
Doğum yeri Budapeşt, Avstriya-Macarıstan
Vəfat tarixi 9 noyabr 1944(1944-11-09) (35 yaşında), 10 noyabr 1944(1944-11-10) (35 yaşında) və ya 6 noyabr 1944(1944-11-06) (35 yaşında)
Vəfat yeri Abda, Macarıstan
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Kerepeşi məzarlığı
Həyat yoldaşı Fanni Darmati
Təhsili Seqed Universiteti
Fəaliyyəti şair, yazıçı, tərcüməçi
Əsərlərinin dili Macar dili
Vikimənbənin loqosu Mikloş Radnoti Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mikloş Radnoti Budapeştdəki Brück & Grosz tekstil şirkətinin sahibinin övladı idi. Doğuş zamanı əkiz qardaşı ölü doğulmuşdu. Bir müddət sonra anası vəfat etmişdi. Uşaqlıq illərini xalasının ailəsi ilə birlikdə keçirmişdi.

Radnoti ibtidai və orta təhsilini doğulduğu şəhərdə almış və 1927-28-ci illərdən başlayaraq Liberetsdəki tekstil sənayesi üçün açılan ali məktəbdə təhsilini davam etdirmişdi. Daha sonra isə 1930-a qədər tanınmış tekstil şirkətində kommersiya müxbiri olaraq çalışmışdı. Sonda isə başqa bir təhsil arzusunda olan Radnoti Seqed Universitetində fəlsəfə, macar və fransız dillərini öyrənməyə başladı.

1934-cü ildə “Marqit Kaffkanın bədii inkişafı” adlı fəlsəfi doktorluq dissertasiyasını müdafiə etdi. Təhsilini tamamladıqdan sonra babasının doğulduğu şəhərin adına uyğyn olaraq adını Radnoti olaraq dəyişdi. 1935-ci ilin avqust ayında Darmati mətbəə evinin sahibinin qızı olan Fenni (1912-2004) ilə ailə həyatı qurdu. Xoşbəxt keçən evlilik həyatlarında təəssüf ki, onun deportasiyasına qədər övlad sahibi olmadılar. 1935-36-cı illərdə Budapeştdəki Jiqmond Kemen gimnaziyasında müəllim kimi ilk peşə təcrübəsini qazandı.

1940-cı ilin sentyabr ayından dekabr ayına kimi və ikinci dəfə isə 1942-ci ilin iyulun 1943-cü ilin aprelinə kimi Macarıstan ordusunun yəhudi əmək batalyonuna çağırıldı. 1943-cü ilin 2 mayında həyat yoldaşı ilə birlikdə yəhudi inancını dəyişərək katolik oldular. 1944-cü ilin may ayında Radnotinin üçüncü hərbi xidməti başladı və onun batalyonu Serbiyanın Bor şəhərinə deportasiya edildi. 1943-cü ildən sonra macar-yəhudi birləşmiş qüvvələrinin muzdlu işçiləri Almaniyanın müharibə sənayesinin mis ehtiyacının yüzdə əllisini əhatə edən Bor mis mədənləri yaxınlığında həbs edildi.

1944-cü ilin noyabr ayında Radnoti və digər 20 məhbus fiziki və zehni olaraq gücdən düşdükləri üçün Macarıstan Qvardiyası tərəfindən güllələndilər. Onun dəqiq öldürülmə tarixi haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi mənbələrdə ölüm tarixi 6-10 noyabr arası göstərilir. Macarıstan Elmlər Akademiyasının 2009-cu ildə təşkil etdiyi elmi sərgidə ölüm tarixi kimi 4 noyabr göstərilmişdir. Bu gün Sentkiralsabadyadan Abdaya yol təxminən 1 saat 30 dəqiqədir. Radnoti həyat yoldaşı ilə birlikdə Kerepeşi məzarlığında dəfn edilmişdir. 2013-cü ildə onun Abdadakı heykəli zədələndi, lakin zərərin səbəbi hələ dəqiqləşdirilməmişdir.

Biblioqrafiyası

  • Pogány köszöntő (Paqan salamlaması)
  • Újmódi pásztorok éneke (Müasir çobanların mahnıları)
  • Újhold (Yani ay)
  • Meredek út (Dik yol)
  • Naptár (Kalendar)
  • Orpheus nyomában : műfordítások kétezer év költőiből (Orfeyin izində]: İki min illik şairin şeirlərinin tərcüməsi)
  • Tajtékos ég (Köpüklü səma)
  • Radnóti Miklós művei (Mikloş Radnotinin əsərləri) ISBN 963-15-1182-0

Qalereya

  • Budapeştdə qoyulan heykəli, heykəltaraş İmre Varqa
    Budapeştdə qoyulan heykəli, heykəltaraş İmre Varqa
  • İmre Varqa tərəfindən hazırlanan büstü
    İmre Varqa tərəfindən hazırlanan büstü
  • Moşonmadyarovarda qoyulan büstü
    Moşonmadyarovarda qoyulan büstü
  • Marqit adasında qoyulan büstü
    Marqit adasında qoyulan büstü
  • Mikloş Radnoti-ELTE məktəbi
    Mikloş Radnoti-ELTE məktəbi
  • Budapeştdə Mikloş Radnotiyə həsr edilən lövhə
    Budapeştdə Mikloş Radnotiyə həsr edilən lövhə
  • Xatirə lövhəsi
    Xatirə lövhəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mikloş radnoti sözünün mənası, mikloş radnoti haqqında məlumat. mikloş radnoti nədir? mikloş radnoti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Meşə pişiyi

  • Fevral 27, 2026

    Osasuna FK

  • Fevral 27, 2026

    Müvəqqəti məşqçi

  • Fevral 23, 2026

    Dinozavrlar

  • Mart 01, 2026

    Lincoln

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst