Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mikloş Horti (mac. Miklós Horthy; 18 iyun 1868[…] – 9 fevral 1957[…]) — 1920–1944-cü illərdə Macarıstan krallığının hökmdarı (regenti), vitse-admiral.

Mikloş Horti

  • Ana Səhifə
  • Vikipediya
  • Mikloş Horti

Mikloş Horti (mac. Miklós Horthy; 18 iyun 1868[…] – 9 fevral 1957[…]) — 1920–1944-cü illərdə Macarıstan krallığının hökmdarı (regenti), vitse-admiral.

Mikloş Horti
Miklós Horthy de Nagybánya
Kral naibi
1 mart 1920 – 15 oktyabr 1944
ƏvvəlkiKaroli Hussar
SonrakıFerens Salaşi
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1868
Doğum yeri Kenderes
Vəfat tarixi 9 fevral 1957 (88 yaşında)
Vəfat yeri Estoril, Portuqaliya
Partiya
  • bitərəf
Fəaliyyəti siyasətçi, zabit
Atası Stefan Horti
Həyat yoldaşı Maqdolna Pörqli
Dini Kalvinizm
Hərbi xidmət
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • İkinci Dünya müharibəsi
Rütbəsi
  • vitse-admiral

Təltifləri "III Karlos" ordeninin boyunbağısı "Qara qartal" ordeni "Qırmızı qartal" ordeni Grand Cross of the Military Order of Maria Theresa "Karageorgi ulduzu" ordeni Knight Grand Cross of the Order of Saint Stephen of Hungary Military Order of Maria Theresa Macarıstanın "Müqəddəs Stefan" kral ordeni Order of the Iron Crown (Kingdom of Italy) "III Karl" ordeni "Xilaskar" ordeni Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus 3-cü dərəcəli "Hərbi xidmətlərə görə" xaçı "Qızıl mahmız" ordeni Müqəddəs Mikayıl ordeni "Payızgülü" ordeni "Payızgülü" ordeninin böyük lenti Estonian Red Cross Order First Class Azadlıq Xaçı Order of the White Star Order of the Cross of the Eagle Order of the Estonian Red Cross Order of the White Star, Collar Class "Müqəddəs Olaf" ordeni "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı "Üç ulduz" ordeni Order of the Three Stars, 1st Class Order of Saints Cyril and Methodius Equal-to-apostles Order of Prince Danilo I Macarıstanın "Xidmətlərə görə" ordeni Grand Cross with Chain of the Order of Merit of the Republic of Hungary (civil) Finlandiyanın "Ağ qızılgül" ordeninin böyük xaçı "Serafimlər" ordeni "Fil" ordeni "Ağ qartal" ordeni Knight of the Order of the Most Holy Annunciation "Xilaskar" ordeni Order of the White Elephant Dəmir xaçın Cəngavər xaçı "Məhəmməd Əli" ordeni Order of the Crown of King Zvonimir "İtaliya tacı" ordeninin böyük xaçı Order of Prince Danilo I, 1st class "Hərb" medalı "Hərbi xidmətlərə görə" xaçı Order of Merit 2-ci dərəcəli "Qırmızı qartal" ordeni Mobilization Cross 1912/13 1st Class of the Order of the Cross of the Eagle 2-ci dərəcəli Dəmir xaç 1-ci dərəcəli Dəmir xaç Memorial medal of the Winter War Order of the German Eagle Karl Troop Cross
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mikloş Horti Kenderesdə Kalvinist əsilzadə ailəsində anadan olmuşdur. Atası Ştefan Horti Maqnatlar palatasının üzvlərindən idi. Mikloş ailənin 8 uşağından 4-cüsü idi. 14 yaşında Avstriya-Macarıstan Hərbi donanma akademiyasına daxil olmuşdur. Bu dövrdə akademiyanın əsas dili alman dili idi. Buna görə də Mikloşun nitqində alman-macar aksenti hər zaman duyulmuşdur. Bunda başqa o italyan, xorvat, ingilis və fransız dillərini öyrənmişdir. 1901-ci ildə Maqdolna Pörqli ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.

Hərbi fəaliyyəti

Gənclik illərində Avstriya-Macarıstan diplomatı kimi Osmanlı imperiyası da daxil olmaqla dünyanın bir çox ölkələrinə səyahət etmişdir. 1908–1911-ci illərdə Avstriya-Macarıstan imperatoru Frans İosifin əmr zabiti olaraq böyük hörmətə sahib idi. Birinci Dünya müharibəsi illərində kapitan rütbəsinə yüksəlmiş və Avstriya-Macarıstan donanmasında admiral olmuşdur. 1917-ci ildə italyan donanmasını bir neçə dəfə məğlub etmiş, Otranto döyüşündə yaralanmışdır. 1918-ci ildə Avstriya-Macarıstan donanmasında baş komandan rütbəsi almışdır.

Kral naibi

Mikloş Horti Adolf Hitlerlə birlikdə

Macar sosialist və kommunistlər Bila Kunun rəhbərliyi altında 1919-cu ildə Macarıstan inqilabçı hökumətini yaradaraq və Macarıstan Sovet Cumhuriyyəti elan etmişdir. Bila Kun Hortidən xahiş etmişdi ki, ona bağlı olan qüvvələrə komandirlik etsin. Lakin tezliklə mütəffiq qoşunlarının Fransanın köməyi ilə Macarıstanı ələ keçirməsi ilə Kun hökuməti devrildi. Mikloş Horti həbs edildi. 1919-cu ildə azadlığa buraxıldıqdan sonra Milli Ordunun rəhbəri oldu. 1941-ci ilin aprel ayında Macarıstan Hortinin rəhbərliyi ilə Almaniyanın mütəffiqi olaraq IBirinci Dünya müharibəsinə qoşulmuşdur. Lakin 1944-cü ilin müharibənin Almaniyanın əleyhinə irəliləməsi nəticəsində, Macarıstanı mütəffiq qoşunlarına təslim edəcəyini bildirmişdir. 1944-cü ilin dekabr ayında Budepeşt Sovet ordusu tərəfindən mühasirəyə alınmış, Mikloş Horti isə həbs edilərək Bavariyaya göndərilmişdir.

Ölümü

Müharibənin sonuna qədər Bavariyada ev həbsində saxlanılan Horti 1 may 1945-ci ildə ABŞ 7 ordunun əsgərləri tərəfindən xilas edilsə də, yenidən həbs edildi. Daha sonra 17 dekabr 1945-ci ildə Nürnberq həbsxanasından azadlığa buraxılmış və Bavariyada yaşayan ailəsinin yanına qayıtmışdır. 1948-ci ildə Nürnberq məhkəməsində şahid qismində çıxış etmişdir. Həmin il Portuqaliyaya köçmüş və ömrünün sonuna qədər burada yaşamışdır. 9 fevral 1957-ci ildə vəfat etmişdir.

Əsərləri

Xatirələrini qələmə aldığı "Macarıstana həsr edilmiş həyat" (alm. Ein Leben für Ungarn‎) adlı əsəri 1953-cü ildə alman dilində yayımlanmışdır. Əsər sonradan ingilis dilinə tərcümə edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mikloş Horti haqqında məlumat. Mikloş Horti nədir? Mikloş Horti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbunəsr Farabi

  • Fevral 27, 2026

    Zəhəbi

  • Fevral 27, 2026

    Ziyarilər

  • Fevral 27, 2026

    Gəraylı

  • Fevral 27, 2026

    Məhəmməd əş-Şeybani

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst