Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Talış[d], Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 3 iyun 2006, Bakı) — Azərbaycan aktyoru,

Mikayıl Mirzə

  • Ana Səhifə
  • Vikipediya
  • Mikayıl Mirzə

Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Talış[d], Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 3 iyun 2006, Bakı) — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991), siyasətçisi, Azərbaycan Milli Məclisinin deputatı (1995–2000-ci və 2002–2005-ci illərdə).

Mikayıl Mirzə
Mikayıl Şahvələd oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1947(1947-01-01)
Doğum yeri
  • Talış[d], Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 3 iyun 2006(2006-06-03) (59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Azərbaycan Demokratik Sahibkarlar Partiyası
Fəaliyyəti aktyor, ssenarist, siyasətçi, dissident
Atası Şahvələd Mirzəyev
Anası Susay Mirzəyeva
Uşağı Mətin Mirzə

Təltifləri Azərbaycan SSR əməkdar artisti Azərbaycan Respublikasının xalq artisti — 1991

Mündəricat

Həyatı

Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb.

Fəaliyyəti

Teatr fəaliyyəti

Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib.

Siyasi fəaliyyəti

Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb. O, iki çağırış 1995-2000-ci və 2002-2005-ci illərdə Milli Məclisin deputatı seçilib. Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995-ci illərdə həm də Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləyib.

Mikayıl Mirzə bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.

Filmoqrafiya

  1. Ağlar-güləyən (film, 1988)
  2. Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Eyvaz
  3. Babək (film, 1979)
  4. Dədə Qorqud (film, 1975)
  5. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  6. Faydalı qazıntılar (film, 1981)
  7. Günahsız Abdulla (film, 1984)
  8. Qatır Məmməd (film, 1974)
  9. Təbəssüm (film, 1992)
  10. Üzeyir ömrü (film, 1981)
  11. Yeddi oğul istərəm... (film, 1970)
  12. Topal Teymur (film, 1983)
  13. Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
  14. Min birinci söz (film, 1997)
  15. Uzun ömrün akkordları

Mono-tamaşalar

  1. "Motsart və Salyeri" (A.S.Puşkin)
  2. "Qaraçılar",
  3. "Azər" (H.Cavid)
  4. "Məhəbbət dastanı" (X.Rza)
  5. "Saz" (M.İsmayıl)
  6. "Qızılgül olmayaydı..." (R.Rza)
  7. "Qərbi Berlin" (C.Novruz)

Ölümü

Mikayıl Mirzə 2006-cı il iyun ayının 3-də dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Mükafatları

  • 1987-ci ildə Azərbaycan SSR-in "Əməkdar artist" fəxri adına layiq görülüb.
  • 22 may 1991-ci ildə "Xalq artisti" fəxri adı ilə mükafatlandırılıb.

Ədəbiyyat

  • Mirzə, M. İstiqlal sənətkar: Mikayıl Mirzə65 /Mətin Mirzə //Yeni Azərbaycan.- 2012. - 13 noyabr.- S.8.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mikayıl mirzə sözünün mənası, mikayıl mirzə haqqında məlumat. mikayıl mirzə nədir? mikayıl mirzə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İngilislər

  • Mart 06, 2026

    Proteza

  • Fevral 28, 2026

    Aktuari

  • Fevral 27, 2026

    60 (ədəd)

  • Fevral 27, 2026

    Faradey (dəqiqləşdirmə)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst