Mikayıl Cəfərov - Azərbaycan Respublikası Nazirlər Kabineti nəqliyyat və rabitə şöbəsinin müdiri.
| Mikayıl Cəfərov | |
|---|---|
| Cəfərov Mikayıl İsa oğlu | |
| Doğum tarixi | |
Həyatı
Mikayıl Cəfərov 1959-cu ildə Naxçıvan MR-in İliç rayonunun Aralıq kəndində anadan olmuşdur. 2000-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu hüquqşünas ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1976-cı ildə Naxçıvan MR İliç rayon Kənd təsərrüfatı texnika birliyində fəhlə kimi başlamışdır. 1978-1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1981-1983-cü illərdə Bakı Baş Tikinti İdarəsinin Hündürbinatikinti trestinin 5 №-li tikinti idarəsində ikinci, dördüncü dərəcəli bənna işləmiş, 1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolunun 404 №-li ixtisaslaşdırılmış tikinti-quraşdırma qatarında ikinci dərəcəli avtoçilingər, dördüncü dərəcəli bənna, 1984-1986-cı illərdə 376 №-li tikinti-quraşdırma qatarında dördüncü, beşinci dərəcəli avtoçilingər olmuşdur.
1986-1990-cı illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin mərkəzləşdirilmiş avtobazasında avtoçilingər, növbətçi mexanik, böyük dispetçer, şöbə rəisi, 1990-1995-ci illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin 376 №-li tikinti-quraşdırma qatarında sahə mexaniki, baş mexanik vəzifələrində işləmişdir. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Xocahəsən gömrük postunda inspektor, 1996-cı ildə Binə gömrükxanasında yük şöbəsinin rəisi, 1996-1999-cu illərdə Binə Gömrük İdarəsinin rəis müavini vəzifələrində çalışmışdır.
1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) nəqliyyat və rabitə şöbəsinin müdiridir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mikayıl cəfərov sözünün mənası, mikayıl cəfərov haqqında məlumat. mikayıl cəfərov nədir? mikayıl cəfərov nə deməkdir?