Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mesxetiya (rus. Месхе́тия), Mesxeti (gürc. მესხეთი), Samtsxe (gürc. სამცხე) və ya Moşiya — cənub-qərbi Gürcüstanda dağlıq ərazi, tarixi-mədəni vilayət. Tarixi M

Mesxetiya

  • Ana Səhifə
  • Vikipediya
  • Mesxetiya

Mesxetiya (rus. Месхе́тия), Mesxeti (gürc. მესხეთი), Samtsxe (gürc. სამცხე) və ya Moşiya — cənub-qərbi Gürcüstanda dağlıq ərazi, tarixi-mədəni vilayət. Tarixi Mesxetiya Gürcüstanın Samtsxe-Cavaxeti diyarının ərazisinə daxil olan üç müasir rayonlarının – Adigeni, Axaltsixa və Aspinca rayonlarını, eləcə də Türkiyənin bəzi sərhədyanı ərazilərini əhatə edir. Tarixi-mədəni vilayətin paytaxtı Axılkələk şəhəridir.

Mesxetiyanın indiki Gürcüstan Respublikası torparlaqı daxilində xəritəsi.

Mündəricat

Tarix

Samtsxe-Cavaxeti diyarının ilk qeydə alınmış sakinləri muşki (və ya moşi) və mossinoyki (və ya mosiniklər) adlı qədim tayfalardır. Bəzi tarixşünaslar dəmir metallurgiyanın mosiniklər tərəfindən ixtira etdiyini iddia edirlər.

Ərazi e.ə. II minillik ilə e.ə. IV əsr arasında Diauxi krallığının bir parçası idi. Ərazi bundan sonra VI əsrə qədər İberiya krallığının hakimiyyəti altında olmuşdur.

Bu vilayət X–XV əsrlərdə Gürcüstan krallığının hakimiyyətində idi. Vilayət XVI əsrdə Osmanlı imperiyası tərəfindən işğal olunana qədər Samtsxe atabəyliyi tərəfindən idarə olunurdu. Amasiya sülhündən əvvəl və sonra bir müddət Səfəvilərdən asılı olub.

Vilayət 1829–1917-ci illərdə Rusiya imperiyasının inzibati-ərazi bölgüsü olan Tiflis quberniyasının, 1918–1921-ci illərdə isə Gürcüstan Demokratik Respublikasının əraziləri daxilində idi. Mesxetiya 1921–1990-cu illərdə SSRİ-nin Gürcüstan SSR-nin bir parçası idi. Bu dövrdə vilayətdə yaşayan Mesxeti türkləri Mərkəzi Asiyaya sürgün edilmişdir.

Mesxetiya hal-hazırda Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti diyarının bir parçasıdır.

Əhali

Mesxetiyalılar və ya mesxlər (mesxi) gürcü xalqının alt qrupu, Mesxetiyanın yerli sakinləridir. Mesxetiyalıılar gürcü dilinin Mesxetiya ləhçəsində danışırlar və əksəriyyəti gürcü ortodoks xristianlarıdır, lakin aralarında katolik azlığı da mövcuddur.

Mesxeti türkləri və ya Axısqa türkləri Mesxetiya vilayətinin keçmiş sakinləridir. Onlar İosif Stalinin birbaşa əmriylə 1944-cü ilin 14 noyabrından 26 noyabrına qədər Mərkəzi Asiyaya sürgün ediliblər və məcburi şəkildə Qazaxıstan, Qırğızıstan və Özbəkistanda yerləşdiriliblər. Məcburi şəkildə sürgün edilmiş 120.000 nəfərin 10.000-i və ya 50.000-i deportasiya zamanı həlak olmuşdur. Onların yaşadıqları evlərə ermənilər köçürülmüdür. 1991-ci ildə Gürcüstan hökuməti onların evlərinə qayıtması təklifini rədd etmişdir. Hal-hazırda 500.000–700.000 arası Axısqa türkü Azərbaycanda və Mərkəzi Asiyada yaşayır. Axısqa türklərinin əksəriyyəti sünni hənəfi müsəlmanlardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mesxetiya haqqında məlumat. Mesxetiya nədir? Mesxetiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kiçik nalburun

  • Fevral 26, 2026

    Ceyms Byukenen

  • Fevral 27, 2026

    Wiktionary

  • Fevral 28, 2026

    Valeri Gerasimov

  • Fevral 27, 2026

    Pərixan Sultan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst