Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin ə

Merdinli məhəlləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Merdinli məhəlləsi

Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir.

Mərdinli məhəlləsi
Mərdinli məhəlləsi
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Aidiyyəti Şuşa Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVIII əsrin sonu-XIX əsrin əvvəlləri

Mündəricat

Tanınmış şəxsləri

Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır.

Tarixi abidələri

Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.

Haqqında

Mərdinli məhəlləsində Şirinsu hamamından görünüş

Mərdinli məhəlləsi çox güman ki, Rasta bazarı ilə paralel uzanan köndələn küçənin şərq hissəsinin genişləndirilməsi nəticəsində yaranıb. Bu geniş düzbucaqlı kvadratın kompozisiya dominantı bir metr hündürlüyündə zirzəmiyə söykənən və qərbə istiqamətlənmiş məsciddir. Küçənin şərq tərəfində qırmızı tikili xəttinin şərqində yaxınlıqdakı evlərin, binalarının dərinliyinə qədər girinti ilə tikilmişdir. Beləliklə, bu ərazi cənubdan və şimaldan qonşu binaların yan fasadları ilə məhdudlaşır. Şərq tərəfdə meydan sərhədinin dörddəbiri məsciddir, onun bütün əsas fasadı daş səkkizguşəli sütunlar üzərində giriş yarımdairəvi arkada şəklində cəlbedici, plastik dizaynlı daş eyvanla bəzədilmişdir. Təəssüf ki, salınan bu arka məscidin, eləcə də meydanın dörddəbirinin bütün ansamblının memarlığının ifadəliliyini əhəmiyyətli dərəcədə azaldır. Meydanın mərkəzində yerləşən hündür ağac və alçaq daş sütun formasında kiçik bulaq Ordubad məhəllə meydanının səciyyəvi ansamblını xatırladaraq bu ansambla kompozisiya tamlığı verir. Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsibəyovun Xan qızı Xurşidbanu Natəvanla birgə inşa etdirdikləri Şuşanın onuncu və onbirinci hamamları da məhz Mərdinli məhəlləsindədir. 18708–1880-ci illərdə yenə də Xurşidbanu Natəvan tərəfindən tikdirilmiş Şuşanın 17-ci, memarlıq cəhətdən başqalarından köklü surətdə fərqlənən Şirin su hamamı da Mərdinli məhəlləsi Bazar Başında yerləşirdi.

Həmçinin bax

  • Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Merdinli məhəlləsi haqqında məlumat. Merdinli məhəlləsi nədir? Merdinli məhəlləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Vladimir Ulyanov

  • Fevral 24, 2026

    Partiyasız

  • Fevral 27, 2026

    Skopas

  • Fevral 25, 2026

    7 mart

  • Mart 01, 2026

    Gürcüstan hökuməti

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst