Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini.

Mehriban Vəzir

  • Ana Səhifə
  • Vikipediya
  • Mehriban Vəzir

Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini.

Mehriban Vəzir
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini
SədrMirmahmud Mirəlioğlu
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1957(1957-12-18) (68 yaş)
Doğum yeri
  • Mirbəşir, Mirbəşir rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Fəaliyyəti yazıçı

Mündəricat

Həyatı

Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur.

2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır.

Yazıçılar Birliyinin üzvüdür.

İctimai fəaliyyəti

"Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir.

Kitabları

  • "Məhbusun Arzuları" Hekayələr toplusu (Bakı, 1998, 230 səhifə)
  • "Elçi Bəy Haqqında" Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Elçi Bəy haqqında xatirələrim. (Bakı, 2007, 190 səhifə)
  • "Rol Model: Dəyişikliyə cəsarəti çatan qadınlar" Sorğu kitabı (160 səhifə, Bakı, 2008).
  • "Azərbaycan adət-ənənələrində gender rolları" Milli ənənələrdə gender rollarının araşdırması (250 səhifə, Bakı, Azərbaycan 2009).
  • Həmidə Xanım Cavanşir "Xatirələrim" (Əlyazmalardan tərcümə, nəşrə hazırlama və önsözün müəllifi) (400 səhifə, Bakı, 2010)
  • "Ağabəyim ağa Cavanşir" Tarixi roman Qarabağ tarixindən (200 səhifə, Bakı-2016)
  • "Səyyarə Xanım və Ferens List" Tarixi roman, almanların Qafqaza köç etməsi tarixindən. (200 səhifə, Bakı-2017)
  • "Öz Hekayəm" Hekayələr toplusu (Bakı-2017, 260 səhifə)
  • "İşgüzar xanımlar üçün 101 qayda" İşgüzar davranış qaydaları və etik normalar. Həmmüəllif. (Bakı-2018)
  • "150 ildə 150 hadisə" Azərbaycanda Qadın Hüquqlarının İnkişafı üzrə BƏLƏDÇİ (Bakı-2018, 150 səhifə)
  • "Gövhər ağa Cavanşir" Tarixi roman, Qarabağ tarixində qadın. (Bakı 2018, 210 səhifə)
  • "Əhməd bəy Cavanşir" Tarixi roman, Qarabağ tarixindən (Bakı 2019 190 səhifə)
  • "Qutsal Torpaqlarda: Səmərqənd, Buxara, Xivə, Ulan-Baatar" Səfər xatirələri. (Bakı 2000 185 sıhifə)
  • "Cümhuriyyət Qadınları" Cümhuriyyətimizin quruculuğunda xidməti olmuş qadınlar haqqında. Bakı-2020
    1998 və 2014-cü illərdə ABŞ-də çap olunmuş Azərbaycan Yazıçıları və Azərbaycan Qadın Yazıçıları antologiyalarında Mehriban Vəzirin yaradıcılığı haqqında məlumat vardır.

Həmçinin bax

  • Vəzirovlar (II)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mehriban Vəzir haqqında məlumat. Mehriban Vəzir nədir? Mehriban Vəzir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zərgan döyüşü

  • Mart 01, 2026

    .bg

  • Fevral 27, 2026

    Fessaliya (periferiya)

  • Fevral 28, 2026

    Nikolay Rerix

  • Fevral 27, 2026

    Çerkessk

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst