Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehman Alışanov 16 noyabr 1968, Mingəçevir) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet və Azərbaycan futbolçusu. Azərbaycan milli çempionatları tarixində ilk

Mehman Alışanov

  • Ana Səhifə
  • Vikipediya
  • Mehman Alışanov

Mehman Alışanov 16 noyabr 1968, Mingəçevir) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet və Azərbaycan futbolçusu. Azərbaycan milli çempionatları tarixində ilk qolun müəllifi.

Mehman Alışanov
Ümumi məlumatlar
Ləqəbi Maradona
Doğum tarixi 16 noyabr 1968(1968-11-16) (57 yaş)
Doğum yeri Mingəçevir, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
?—? SSRİ Kür-Nur ? (?)
?—? SSRİ Zarya ? (?)
Klub karyerası
1992—1993 Azərbaycan Qarabağ ? (?)
1993—1996 Azərbaycan Kür-Nur ? (?)
1996—1997 Azərbaycan Qarabağ ? (?)
1997 Azərbaycan Kür-Nur ? (?)
1997—1998 Azərbaycan Şəmkir ? (?)
1998—1999 Azərbaycan Viləş Masallı 25 (1)
1999—2000 Azərbaycan Turan Tovuz 9 (?)
2001—2007 Azərbaycan Energetik Mingəçevir ? (?)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Həyatı

1968-ci il noyabrın 16-da Mingəçevirdə, fəhlə ailəsində dünyaya gəlib. Futbolla tanışlığı 10 yaşında əməkdar məşqçi Ənvər Nəsibovun rəhbərliyi altında başlayıb. 1982-ci ildə Nəsibov 14 yaşlı Mehmanı Ukraynaya aparıb. Baxışdan keçən Alışanov Voroşilovqradın (indiki Luqansk) "Zarya»" komandasının futbol məktəbinə (idman internat məktəbi) qəbul olunub. SSRİ və Kiyev "Dinamo"sunun əfsanəvi futbolçusu Aleksandr Zavarovla komanda yoldaşı olub, 17 yaşına kimi "Zarya"nın müxtəlif yaş qruplarında çıxış edib, əvəzedici komandaya kimi yüksəlib.

1985-ci ildə Mingəçevirin "Avtomobilçi" komandasını çalışdıran Anatoli Banişevskinin diqqətini cəlb edib. "Banya" yoldaşlıq oyununda 1 hissə meydanda olan Mehmanı israrla komandasında saxlayıb. "Avtomobilçi"də yarımmüdafiənin mərkəzində yer alan Alışanov oyunu və texnikası ilə qısa zamanda nəinki Banişevskinin, bütün Mingəçevir azarkeşlərinin qəlbini fəth etməyi bacarıb.

1986-cı ilin dekabrında hərbi xidmətə yollanan Alışanov 2 il sonra Azərbaycana dönüb. O vaxt artıq, "Avtomobilçi" dağılmışdı, Banişevski isə Azərbaycandan kənarda çalışırdı. Bir müddət "Kəpəz"də çıxış edən Alışanov daha sonra "Qarabağ"a keçib. 6 il Ağdam klubunun şərəfini qoruyan Alışanov müxtəlif vaxtlarda "Kür", "Şəmkir", "Viləş" və "Turan"da çıxış edib. Milli çempionatlarımız tarixində ümumilikdə 155 oyunda iştirak edib, 19 dəfə fərqlənib. 2008-ci ildə 1-ci Divizionda çıxış edən "Energetik" onun oynadığı son komanda olub.

2008-ci ildə narkotik maddələrin alverinə görə həbs olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mehman Alışanov haqqında məlumat. Mehman Alışanov nədir? Mehman Alışanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Luvr muzeyi

  • Fevral 27, 2026

    Əhlat

  • Fevral 24, 2026

    Maks Veber

  • Fevral 27, 2026

    Qara ciyər

  • Fevral 27, 2026

    Artuş

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst