Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Media ekologiyası — media, texnologiya və kommunikasiyanı və onların insan mühitinə necə təsir etdiyini öyrənən nəzəriyyə. Nəzəri konsepsiyalar 1964-cü ildə Mar

Media ekologiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Media ekologiyası

Media ekologiyası — media, texnologiya və kommunikasiyanı və onların insan mühitinə necə təsir etdiyini öyrənən nəzəriyyə. Nəzəri konsepsiyalar 1964-cü ildə Marşall MakLuhan tərəfindən təklif edilmişdir. Media ekologiyası termini isə ilk dəfə rəsmi olaraq 1968-ci ildə Nil Postman tərəfindən təqdim edilmişdir.

Bu kontekstdə ekologiya medianın istifadə olunduğu mühitə – onların nə olduğu və cəmiyyətə necə təsir etdiyinə aiddir. Nil Postman qeyd etmişdir ki, "biologiyada "mühit" bakteriya mədəniyyətinin böyüdüyü bir şeydirsə (Petri qabında olduğu kimi), media ekologiyasında mühit [insan] mədəniyyətinin böyüdüyü texnologiyadır". Başqa sözlə, "media ekologiyası ünsiyyət vasitələrinin insan qavrayışına, anlayışına, hisslərinə və dəyərlərinə necə təsir etməsi, media ilə qarşılıqlı əlaqələrinin onların yaşamaq şansını necə asanlaşdırması və ya əngəlləməsi məsələsinə baxır. Ekologiya sözü bu mühitlərin öyrənilməsini nəzərdə tutur: onların strukturu, məzmunu və insanlara təsiri. Nəticə etibarı ilə mühit, insanlara müəyyən düşüncə, hiss və davranış üsullarını tətbiq edən mürəkkəb mesaj sistemidir."

Bundan əlavə, alimlər medianı geniş şəkildə cəmiyyətin təbiəti və mədəniyyətini ikisi arasında "trafik"i öyrənən media ekologiyası ilə birləşdirən infrastruktur sistemi ilə müqayisə etmişdilər.

Mündəricat

Qlobal kənd

Marşall MakLuhan təcridin sonunu xarakterizə etmək üçün qlobal kənd ifadəsini işlətmişdir: "insanlar artıq təcrid olunmuş vəziyyətdə yaşaya bilməzlər, əksinə, həmişə davamlı və ani elektron media ilə bağlanacaqlar". MakLuhan "Qutenberq qalaktikası: Tipoqrafik insanın yaradılması" kitabında qlobal kənd ideyasına toxunur: "Bir kəndin xarakteri belədir və ya elektrik mediası olduğu üçün qlobal kəndin də xarakteri belədir. Qlobal qarşılıqlı asılılığın bu əsas yeni ölçüsündən ən çox xəbərdar olan reklam və PR icmasıdır".

Araşdırılması

"Twitter", "Instagram", "Facebook" kimi sosial media platformalarının yüksəlişi və onların cəmiyyətdəki ünsiyyətə təsiri ilə bağlı əhəmiyyətli araşdırmalar aparılır. Bu araşdırmalarnın bəziləri media ekologiyası perspektivi ilə aparılır.

Bir çox insan sosial media platformalarından dostları və ailəsi ilə əlaqə saxlamaq, sosiallaşmaq və ya hətta alış-veriş etmək üçün istifadə etsə də, bu platformalar sosial aktivlik üçün də mühüm rol oynayır. Sosial media aktivizmi və heşteq aktivizmi əsas medianın və ictimaiyyətin diqqətini müəyyən səbəblərə görə cəlb etmək və etirazları asanlaşdırmaq üçün populyar üsullara çevrilmişdir.

Həmçinin bax

  • Texnoloji determinizm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, media ekologiyası sözünün mənası, media ekologiyası haqqında məlumat. media ekologiyası nədir? media ekologiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Nikolay Lobaçevski

  • Mart 02, 2026

    Chrysler

  • Mart 01, 2026

    Varna (İsmayıllı)

  • Mart 01, 2026

    Jan-Pol Belmondo

  • Fevral 26, 2026

    Florida boğazı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst