Meşa kitabəsi, Meşa sütunu, Meşa stelası və ya Moav daşı — təxminən e.ə. 840-cı ilə aid, Moav padşahı Meşanın adına Kənan yazısında yazılmış kitabə. Meşa Moav tanrısı Xamosun öz xalqına qəzəbləndiyini və onların İsrail padşahlığına tabe olmasına icazə verdiyini, lakin nəhayət, onun geri qayıdaraq İsrailin boyunduruğundan qurtulmaq və Moavın torpaqlarını bərpa etmək üçün Meşaya kömək etdiyini izah edir. Meşa bir çox tikinti layihələrini də təsvir edir. Paleoivrit yazısı ilə sıx bağlı olan Finikiya əlifbasının variantında yazılmışdır..
| Meşa kitabəsi | |
|---|---|
| |
| Material | bazalt |
| Ölçü | 100 sm × 60 sm |
| Yaranıb | təq. e.ə. 840 |
| Kəşf olunub | ? tərəfindən |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Meşa stelası haqqında məlumat. Meşa stelası nədir? Meşa stelası nə deməkdir?
