Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mazares (qədim yunanca: Μαζάρης) — II Kirin babası, Midiya hökmdarı Astiaqı devirərək hakimiyyəti ələ keçirdikdən sonra, onun tərəfinə keçmiş Midiya sərkərdəsi.

Mazares

  • Ana Səhifə
  • Vikipediya
  • Mazares

Mazares (qədim yunanca: Μαζάρης) — II Kirin babası, Midiya hökmdarı Astiaqı devirərək hakimiyyəti ələ keçirdikdən sonra, onun tərəfinə keçmiş Midiya sərkərdəsi.

Mazares
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. I minillik
Vəfat tarixi e. ə. VI əsr

Mazares Herodotun "Tarix" əsərində

Herodotun qeydlərində Mazaresin II Kirə xidmət edən Midiya sərkərdəsi olması və Kiçik Asiyada üsyanı yatırarkən öldürülməsi göstərilir.

II Kirin e.ə. 539-cu ildə Lidiyanı fəth etməsindən sonra lidiyalılar rəsmən Paktias adlandırıldı və lidiyalılara, Kirin dövlət xəzinəsindən bəxşiş paylanılmaqla, onlardan və İoniya yunanlarından düzəldilmiş xüsusi ordu yaradıldı. Tabaluz Kirin Lidiyann paytaxtı Sard şəhərindəki satrapına qarşı üsyan etmiş, şah qvardiyasının da daxil olduğu fars ordusunu mühasirəyə almışdı.

Üsyan haqqında eşidən Kir, lidiyalıları cəzalandırmaq və Sard şəhərini yandıraraq yerlə-yeksan etmək üçün planlar hazırlamağa başladı. Məğlub olduqdan sonra II Kirin məhkəmə hakimlərindən biri təyin edilən keçmiş Lidiya kralı Kroesus isə heç bir zərər çəkmədən onun keçmiş krallığının ərazisindən əl çəkməyə razı salmaq üçün yalvarırdı.

Herodot qeyd edir ki, Kroesusun tövsiyəsi ilə Lidiya əhalisi tərkisilah edildi və insanların rahatlıq ümidlərini alt-üst edən ticarət haqqında sərt qanunları qəbul etdi.

Bunları etdikdən sonra Kroesus qeyd etdi ki, "insanlar artıq həddən artıq zəiflədilib və onlardan çəkinmək üçün heç bir əsas yoxdur."

İnsanlara qalib olduğunu göstərmək fikrində olan II Kir Kroesusun istəyinə qarşı çıxaraq, öz sərkərdəsi Mazaresi üsyanı yatırmaq və Paktiası cəzalandıraraq imperiyanın tərkibinə qaytarmaq üçün oraya göndərdi. Lakin Mazaresin rəhbərlik etdiyi ordu Sard şəhərinə yaxınlaşdıqda, paktiaslılar şəhəri tərk etdilər.

Mazares onları təqib edərək İoniya yunanlarını məğlub etdi, Priena və Maqneziya şəhər dövlətlərini tutdu, üsyan rəhbərini ələ keçirərək cəzalandırılması üçün II Kirin yanına göndərdi. Mazares daha sonra işğal kompaniyasını davam etdirərək Kiçik Asiaya doğru irəliləyir, lakin naməlum səbəbdən orada ölür.

Onun ölümündən sonra, II Kir ən seçilmiş və eyni zamanda Mazareslə eyni etnik kökdən olan sərkərdəsi Harpaqı onu dəfn etmək üçün Kiçik Asyiaya göndərir. Harpaq Mazaresin işini davam etdirərək Kiçik Asiyada yeni fəthlərə imza atır və Lisiya, Kilikiya və Finikiyanı fəth edir..

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mazares haqqında məlumat. Mazares nədir? Mazares nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mərv döyüşü

  • Fevral 27, 2026

    Canavar

  • Fevral 27, 2026

    Karantin

  • Fevral 24, 2026

    Cibuti şəhəri

  • Fevral 27, 2026

    Sov.İKP MK

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst