Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mayonez (fr. mayonnaise) — bitki yağı, yumurta sarısı, sirkə və ya limon şirəsi, şəkər, duz və bəzən də xardal və digər ədviyyatlar qatmaqla hazırlanan soyuq so

Mayonez

  • Ana Səhifə
  • Vikipediya
  • Mayonez

Mayonez (fr. mayonnaise) — bitki yağı, yumurta sarısı, sirkə və ya limon şirəsi, şəkər, duz və bəzən də xardal və digər ədviyyatlar qatmaqla hazırlanan soyuq sous. Mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartmalarında istifadə edirlər. Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70–80 % olmalıdır.

Mayonez

Mündəricat

Haqqında

Mayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir. Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur. Mayonezin xeyiri və ziyanı tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Klassik reseptə əsasən mayonezin əsas hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir, lakin təəssüf ki, hal-hazırda mayonezlərin çoxunun tərkibində modifikasiya olunmuş yağlar (onlara trans-piylər da deyilir) istifadə olunur. Bu yağ tam süni məhsul olub orqanizm tərəfindən onun mənimsəməsi üçün qətiyyən uyğunlaşmayıb. Belə yağların mayonezin tərkibində olub-olmadığını necə bilmək olar? Bu sualın cavabını mayonezin etiketində tapa bilərsiniz. Əgər məhsulun tərkibində "yüksək keyfiyyətli bitki piyi" ("высококачественный растительный жир") varsa, deməli, burada təbii bitki yağından söhbət gedə bilməz. Onun yerini bu konkret məhsulda kimyəvi modifikasiya olunmuş yağlar tutur ki, bu yağların molekulları təbiətdə yoxdur. Belə mayonezi əlavə olunmuş qida mədə-bağırsaq traktında çox çətinlikdə həzm olunur ki, onun fermentləri trans-piylərinin molekullarını parçalamaq iqtidarında deyillər. Nəticədə onlar orqanizmdən xaric edilmir və qara ciyərdə, mədəalti vəzidə, damarların divarlarında xolesterin yığınları şəklində yığılır. Belə mayonezi əlavə olunmuş qida mədə-bağırsaq traktında çox çətinlikdə həzm olunur ki, onun fermentləri trans-piylərinin molekullarını parçalamaq iqtidarında deyillər. Nəticədə onlar orqanizmdən xaric edilmir və qara ciyərdə, mədəalti vəzidə, damarların divarlarında xolesterin yığınları şəklində yığılır.

Tərkibi və hazırlanması

  • Yumurta — 4 dənə
  • Zeytun yağı — ½ litr
  • Şəkər tozu — 1 ç.q.
  • Duz — 2 ç.q.
  • Xardal — 2 ç.q.
  • Üzüm sirkəsi — 2 x.q.
  • Qara istiot — zövqə görə Yumurtanın sarısını ağından ayırın və xardal, duz və istiotla yaxşı-yaxşı çalın. Sonra çalmağı davam edib kütləyə damcılarla zeytun yağını əlavə edin. Kütləyə yağın 1/3 hissəsi daxil edəndən sonra yağı nazik şırnaqla tökmək olar. Axırda kütlə həmcins və qatı olmalı, qabın divarlarından asanlıqla ayrılmalıdır. Bundan sonra mayonezə sirkə ələvə etmək lazımdır. Ev şəraitində hazırlanan mayonezi soyuducuda 72 saat saxlamaq olar. Mayonezə blenderdən keçirilmiş göyərti də əlavə etmək olar. Bu ona xüsusi və gözəl tam verəcək.

Həmçinin bax

  • Aioli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mayonez haqqında məlumat. Mayonez nədir? Mayonez nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rəqqə əyaləti

  • Fevral 27, 2026

    Türk Briqadası

  • Fevral 27, 2026

    CERN

  • Fevral 27, 2026

    Prussiya

  • Fevral 24, 2026

    Tüdorlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst