Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maya göbələyi — təkhüceyrəli, göbələklər aləmüstünün üzvü eukariot orqanizm. Təbiətdə şəkərli mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır.Məişətdə və s

Maya göbələyi

  • Ana Səhifə
  • Vikipediya
  • Maya göbələyi

Maya göbələyi — təkhüceyrəli, göbələklər aləmüstünün üzvü eukariot orqanizm. Təbiətdə şəkərli mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır.Məişətdə və sənaye istehsalında, çörəkbişirmə, pivəbişirmə kimi sahələrdə geniş istifadə olunur.

Ümumi

Təbiətdə onlara ağacların gövdələrinin zədələnmiş yerlərində, çiçəklərin nektarlarında, şirin meyvələrin üzərində rast gəlmək də olur. Onun birhüceyrəli növü çox qədim zamanlardan insanlar tərəfindən yetişdirilir və xəmir qıcqırmasında istifadə olunurdu. Təbiətdə şəkər olan mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır.

Maya göbələyi birnüvəli, ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Saprofit qidalanır.

Şəkərli qida mühitində maya göbələyi tumurcuqlanma yolu ilə sürətlə çoxalır. Bu zaman ana hüceyrə üzərində qabarcıqlar (tumurcuqlar) əmələ gəlir. Sonra onlar böyüyür, ana hüceyrədən ayrılır. Tumurcuqlanma yolu ilə sərbəst çoxalır. Bəzən ana hüceyrədən ayrılmadan üzərində tumurcuq, onun da üzərində ikinci tumurcuq əmələ gəlir. Beləliklə, tumurcuqlanan hüceyrələrdən ibarət şaxəli zəncir yaranır.

Maya göbələyi spirt qıcqırması əmələ gətirdiyinə görə ondan pivə və şərab istehsalında, xəmir qıcqırmasında istifadə olunur. Xəmir qıcqıran zaman onun tərkibində olan şəkər spirtə parçalanır və karbon qazı ayrılır. Ayrılan karbon qazı xəmirin içində məsamələr əmələ gətirərək xəmiri şişirdir, onu məsaməli şəklə salır. Belə xəmir acıtma xəmir adlanır. Ondan bişirilən çörək məsaməli, yumşaq və yaxşı həzm olur. Maya göbələyindən yeyinti sənayesində çörək, pivə və bir sıra başqa qida məhsullarının istehsalında geniş istifadə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maya göbələyi haqqında məlumat. Maya göbələyi nədir? Maya göbələyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Cənub-şərq

  • Fevral 27, 2026

    Çimərlik

  • Fevral 27, 2026

    Mariya Stüart

  • Fevral 27, 2026

    Fərəcan

  • Fevral 27, 2026

    Bred Pitt

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst