Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Martvili monastırı (gürc. მარტვილის მონასტერი) - Gürcüstanın Sameqrelo-Zemo Svaneti inzibati ərazisində yerləşən Martvili bələdiyyəsinin mərkəzindəki gürcü mona

Martvili monastırı

  • Ana Səhifə
  • Vikipediya
  • Martvili monastırı

Martvili monastırı (gürc. მარტვილის მონასტერი) - Gürcüstanın Sameqrelo-Zemo Svaneti inzibati ərazisində yerləşən Martvili bələdiyyəsinin mərkəzindəki gürcü monastır kompleksidir. Ərazidəki ən hündür təpədə yerləşir və stratejik cəhətdən böyük önəm daşıyır. Konvensiya binalar kompleksinə Gücləndirmə Kafedralı, Siqvani kilsəsi, zəng qülləsi, istehkam divarı, bir məbəd və digər tikililər daxildir. VII əsrə aiddir və X əsr əsrdə yenidən qurulmuşdur. Gürcüstan Mədəni İrsinin daşınmaz abidəsi olaraq tanınır.

Martvili monastırı
gürc. მარტვილის მონასტერი
Martvili monastır kompleksi
Ölkə Gürcüstan
Status monastır
Şəhər Martvili
Yerləşir Sameqrelo-Zemo Svaneti
Aidiyyəti Gürcü Ortodoks Kilsəsi
Sifarişçi Müqəddəs Andryu
Abxaziya kralı II Georginin dövründə yenidən tikildi.
Əsas tarixlər VII əsrdə əsası qoyulub
X əsrdə indiki halını alıb
Tikilmə tarixi VII əsr
Üslubu Gürcü, Monastır
Vəziyyəti Fəaliyyət göstərir
42°24′19″ şm. e. 42°22′40″ ş. u.HGYO
Xəritə
Martvili monastır kompleksinin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Monastırda qorunan freska

Bu gün monastırın olduğu ərazidəki təpəlik ərazi qədim zamanlarda "paqan mədəni mərkəzi" olaraq istifadə edilən müqəddəs bir ərazi idi. Bölgədə əvvəllər məhsuldarlıq və rifah məbədi olaraq ibadət edilən çox böyük və qoca bir şam ağacı var idi. Bu ərazidə yeni doğulan və ya azyaşlı uşaqların qurban edildiyi düşünülür. Əhalinin xristianlaşmasından sonra ağac əhalinin ibadət etməməsi üçün kəsildi. Ağacın kökünün üzərinə 7-ci əsrdə kilsə tikildi. Kilsəyə xristianlığı təbliğ edən və Sameqrelo bölgəsindəki bütpərəstləri xristianlaşdıran Müqəddəs Andryunun adı verildi.

Əsas Martvili-Çqondidi kafedralı (meqrel və laz dilində Çqoni "Meşə" mənasını verir. Didi isə "böyük" deməkdir) 10-cu əsrdə, əvvəlki kilsəni dağıdan talanlardan sonra yenidən tikildi. Kilsədə qorunan freskalar 14 və 17.əsrdən qalıb.

Monastır

Orta əsrlərdə monastır mühüm dini mərkəzə çevrilmişdi: orada dini təhsil verilir, gürcü dilini tərcümə edən rahiblər vasitəsiylə mədəniyyət ötürülmələri baş tuturdu. Monastır Gürcüstan Sovet İttifaqına daxil olana qədər aktivliyini dəvam etdirmişdir. 1998-ci ildə, monastırın uzun illər dəvam edən passivliyindən sonra patriarx II İlya monastırı yenidən xidmətə açmırdı. 2007-də Pierre de Tçkondidi monastıra əvvəlki görkəmini geri qazandırdı: kafedralın yaxınlığına patriarxa aid yaşayış yeri, kişilər üçün Müqəddəs Andryu monastırı və qadınlar və rahibələr üçün Müqəddəs Nino monastırı açıldı. Monastır kompleksinin bəzi hissələri və qədim binalarının bərpası hələ dəvam etməkdədir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, martvili monastırı sözünün mənası, martvili monastırı haqqında məlumat. martvili monastırı nədir? martvili monastırı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Proteksionizm

  • Fevral 27, 2026

    Paraleloqram

  • Mart 06, 2026

    Silvan (Diyarbəkir)

  • Fevral 27, 2026

    Amortizasiya

  • Fevral 27, 2026

    Şamaxı bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst