Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marsilio Ficino Marcilio Ficino (lat. Marsilius Ficinus, it. Marsilio Ficino) — italyan filosofu, humanist, astroloq, katolik keşişi, Florensiya Platon Akademiy

Marsilio Fiçino

  • Ana Səhifə
  • Vikipediya
  • Marsilio Fiçino

Marsilio Ficino Marcilio Ficino (lat. Marsilius Ficinus, it. Marsilio Ficino) — italyan filosofu, humanist, astroloq, katolik keşişi, Florensiya Platon Akademiyasının qurucusu və rəhbəridir. Erkən intibah dövrünün aparıcı mütəfəkkirlərindən biri, Florensiya Platonizminin ən görkəmli nümayəndəsi. Ficino hər şedən əvvəl Platonun əsərlərinin latın dilinə ilk və tam tərcüməsinin müəllifi kimi tanınır. Bu XIX əsrin əvvəllərinə qədər ən yaxşısı tərcümə sayılırdı. Ficino həmçinin neoplatonçuların əsərlərini də tərcümə edirdi, xüsusən Plotininin "Ennead" əsərinin ilk tərcüməsi və bir çox başqa Platon yönlü mütəfəkkirlərin yazılarının tərcüməsi ona aiddir. Ficino tərəfindən Hermetik Korpusun (lat. Corpus Hermeticum) tərcüməsi Qərbi Avropa okkultizminin inkişafına böyük təsir göstərmişdir. Onun Platonun Dialoqlarına verdiyi şərhlər qədim yunan filosofunun təlimlərinin populyarlaşmasına kömək etdi. Müstəqil bir mütəfəkkir kimi Ficino, Zərdüştdən Platona və sonra erkən Kilsə Atalarına qədər antik dövrün müdrikləri arasında davamlı olaraq ötürülən xristian və fəlsəfi biliklərin sintezinin orijinal konsepsiyasının müəllifi kimi tanınır. Ficinonun dini ideyaları onun irihəcmli əsərlərində “Xristian dini haqqında” (1473) və Platonun “Ruhun ölməzliyi teologiyası” (1482) əsərlərində ümumiləşdirilmişdir. Ficinonun son əhəmiyyətli əsəri "Həyat haqqında üç kitab" (1489) tibbi, fəlsəfi və okkultik xarakterli müxtəlif nəzəriyyələri ehtiva edir. Əsərlərində qoyulan, lakin özünün inkişaf etdirmədiyi panteizm müddəaları Piko della Mirandolla, Françesko Patrisi, Cordano Brunonun fəlsəfi baxışlarına mühüm təsir göstərmişdir. Dünyəvi gözəlliyin və insan ləyaqətinin müdafiəsi orta əsrlər askentizmini dəf etməyə kömək etdi, təsviri incəsənətin və ədəbiyyatın inkişafına təsir etdi. Ficinonun kult, ritual və doqmatik fərqlərlə məhdudlaşdırılmayan “ümumbəşəri din” ideyası XVI—XVII əsrlər fəlsəfəsində “təbii din” təlimlərinin formalaşmasına təsir göstərmişdir.

Marsilio Ficino
Marsilius Ficinus
Doğum tarixi 19 oktyabr 1433(1433-10-19)
Doğum yeri
  • Filine-Valdarno[d], Florensiya əyaləti[d], Toskana, İtaliya
Vəfat tarixi 1 oktyabr 1499(1499-10-01) (65 yaşında)
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Marsilio Fiçino haqqında məlumat. Marsilio Fiçino nədir? Marsilio Fiçino nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fars

  • Fevral 24, 2026

    Caz orkestri

  • Fevral 27, 2026

    Qafan nahiyəsi

  • Fevral 27, 2026

    Andropogoneae

  • Fevral 27, 2026

    Ağıl

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst