Marqarita adası (ispan dilində: Isla Margarita) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası. Arxipelaqa daxil olan Koçe və Kubaqya adaları ilə birlikdə venesuelanın Hueva-Esparto (Yeni Sparta) adlanan vahid ada əyalətinin tərkibinə daxildir. Adanın ümumi sahəsi 1071 km².-dir.
| Marqarita | |
|---|---|
| Isla de Margarita Isla de Margarita | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi |
|
| Uzunluğu |
|
| Eni | 33,2 km |
| Əhalisi |
|
| Yerləşməsi | |
| 10°59′13″ şm. e. 63°56′08″ q. u.HGYO | |
| Ölkə | |
![]() Marqarita | |
Əhalisi 490 min nəfərdir (2011).
Coğrafiyası
Marqarita adası — Venesuela Respublikasına daxil olan ən böyük adadır, bir-birindən 18 km uzunliğunda uzunsov qumluq sahə ilə ayrılan iki dağ massivindən ibarətdir. Ada materikdən 22 km. enində boğazla ayrılır. Adanın uzunluğu 69,2 km, maksimum eni 34,6 km.-dir. Adanın iqlimi — 24 və 37°S dərəcə arasında dəyişən quru tropik iqlimdir.
Tarixi
Ada 1498-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilmiş və Avstriya şahzadəsi Marqaritanın şərəfinə adlandırılmış və İspaniya müstəmləkələrinin tərkibinə daxil edilmişdir. 1814-cü ildə ada sakinləri müstəqillik uğrunda mübarizəyə başlamış və ilk dəfə Simon Bolivarın başçılığı ilə istiqlaliyyət qazanmışlar.
Qalereya
Quamaçe buxtası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Marqarita (ada) haqqında məlumat. Marqarita (ada) nədir? Marqarita (ada) nə deməkdir?
