Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marko Arment (11 iyun 1982, Kolumbus) – amerikalı mobil aplikasiya yaradıcısı, proqramçı. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır.

Marko Arment

  • Ana Səhifə
  • Vikipediya
  • Marko Arment

Marko Arment (11 iyun 1982, Kolumbus) – amerikalı mobil aplikasiya yaradıcısı, proqramçı. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır.

Marko Arment
2011-ci ildə Arment
2011-ci ildə Arment
Doğum tarixi 11 iyun 1982 (43 yaş)
Doğum yeri Kolumbus, Ohayo
Milliyyəti Amerikan
Təhsili Allegeyni Kolleci
Fəaliyyəti yazıçı, proqram yaradıcısı, bloger[d], podkaster
Tanınır Tumblr, Overcast, Instapaper, Neutral kimi tanınmış layihələri yaratmaqla
Marco.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsili

Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib.

Karyera

Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007–10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi.Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.

2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır. O, hələ də müntəzəm olaraq bloqunda yazılar paylaşır.

2012-ci ildə Arment elekron-həftəlik jurnal olan The Magazine-i buraxdı. Instapaper-in satışından bir ay sonra – 2013-cü ilin mayında Arment The Magazine jurnalını da elə jurnalın redaktoru Qlen Fleyşmenə satdı.

2013-cü ilin iyulunda Marko Bugshot proqramını istifadəyə verdi. Bugshot asanlıqla cihazlarda screenshot boşluğunu doldura bilən bir proqram idi. Marko daha bir proqramını da satdı. Alan tərəf bu dəfə Lickability şirkəti oldu.

2014-cü ilin iyulunda Arment önəmli layihələrindən biri olan podkast platforması Overcast-ı da istifadəyə verdi. Proqram iOS platformasında fəaliyyət göstərir.

Arment texnoloji sahədə müxtəlif vaxtlarda yazılar yazmışdır, podkastlar yayınlamışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Marko Arment haqqında məlumat. Marko Arment nədir? Marko Arment nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Namiq Qaraçuxurlu

  • Fevral 27, 2026

    Baş redaktor

  • Fevral 27, 2026

    Sergey Krikalyov

  • Mart 01, 2026

    Kür Qarabucaq

  • Fevral 26, 2026

    Kompüter oyunları

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst