Mantofazmidlər (lat. Mantophasmatodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakansisəylər dəstəsinə aid heyvan yarımdəstəsi.
| Mantofazmidlər | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ranqsız: Dicondylia Yarımsinif: Budaq: Metapterygota İnfrasinif: Koqorta: Dəstə: Tarakansisəylər Yarımdəstə: Mantofazmidlər | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Ümumi məlumat
Mantofazmidlər – 2002-ci ildə kəşf edilmiş Afrika mənşəli yırtıcı həşəratlardır. Əvvəllər yeni dəstə kimi qeyd edilmiş, lakin 2006-cı ildə mitoxondrial DNT-nin araşdırılması nəticəsində oxşarlıqlarına əsasən yüyrəksisəklərlə birgə Notoptera dəstəsində birləşdirilmişlər. Yarımdəstənin hətta yetkin nümayəndələrinin qanadlardan məhrum olması onların təyinini xeyli çətinləşdirir. Mantofazmidlər dəvədəlləyi və çöpcüyün hibridini xatırladır. İlk nümunələr Namibiyada (Mantophasma zephyrum) və Tanzaniyada (M. subsolanum) tapılmış qədim muzey eksponatlarına, yaşı 45 mln. il hesablanan Baltika kəhrəbasının içərisinə gömülmüş inklüzlara (Raptophasma kerneggeri) görə təyin edilmişdir. "Qladiatorların" canlı nüsxələri 2002-ci ildə Namibiyada beynəlxalq ekspedisiya zamanı tapılmışdır. Tyrannophasma gladiator Brandberq düzənliyində, Mantophasma zephyrum isə Eronqo dağında əldə edilmişdir.
Mantofazmidlərə mövsümi yağışların yağdığı quru yaşayış yerlərində rast gəlinir. Onlar adətən ot topalarının və kolluq bitkiliyinin içərisində məskunlaşırlar. Növlərin əksəriyyəti gecə həyat tərzi keçirir. Namibiya növlərinin bəziləri gündüzlər daha fəal olur. Bəzi növlər qaya süxurlarının çatlarında gizlənirlər.
Təsnifatı
- Austrophasmatidae
- Mantophasmatidae
- Tanzaniophasmatidae
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mantofazmidlər haqqında məlumat. Mantofazmidlər nədir? Mantofazmidlər nə deməkdir?
