Manqup (ukr. Мангуп, krımtat. Mangup, Мангуп) — Bağçasaray rayonu ərazisində mövcud olmuş şəhər-qala. Tarixi adı Baba-Dağ olmuşdur. Feodoro knyazlığınln paytaxtı olmuşdur. Sonradan türk qalasına çevrilmişdir. Dağ hündürlüyü 250 m olan vadidə yerləşir. Dağın hündürlüyü 583 metr təşkil edir. Platosunun sahəsi 90 ha-dır. Qalada iki bulaq vardır. Onlar müvafuq olaraq Kişi və Qadın bulağı olaraq adlanır. 1975-ci ildə qala ərazisində Maqup təbiət qoruğu təşkil edilmişdir.

Təbiəti
Manqup-Qala Baba-Dağın platosunda yerləşir. Ən hündür zirvəsi 583 metrdir. Bir tənha dağ olaraq cənub yamacı sıldırımlıdır.
Tarixi
- B.e.ə I min illikdən tavr qəbilələri ərazidə məskən salmışlar. Burada Arilərə xass katakomba qəbrlər buna sübutdur. Onlar bura Manqup adını vermişlər
- III—IV əsrlərdə manqup platosunu skiflər tutmuşlar.
- IV—V əsrlərdə platoya Alanlar və Qotların köçü olmuşdur.
- V əsrdə burada ilk müdafiə tikililəri meydana gəlmişdir. Bura Doros adlanır. Dori dövləyinin paytaxtı olur.
- VII əsrin sonları Xəzər xaqanlığı Dorosu ələ keçirir. Şəhətdə Xəzər qarnizonu yerləşdirilir. Şəhərin işğalı antixəzər üsyanlarına səbəb olmuşdur.
- XIII — XV əsrlərdə Feodoro knyazlığının paytaxtı olur. Onlar Krımın cənub-qərbini nəzarətində saxlayırdı. Şəhərin özünü isə Feodoro adlandırılırdı. Bu dövrə aid müdafiə tikililəri və suni mağaraları bu gündə müşahidə etmək olar.
- 1475-ci ildə yarımaylıq mühasirədən şəhər və knyazlıq Osmanlı İmperiyanın nəzarətinə keçmişdir. Türklər şəhərdə qala inşa edərək adını Manqup-Qala olaraq dəyişdirmişlər. 1774-cü ildə Kadılığın mərkəzi olmuşdur.
- 1774-cü ildə türk qoşunları qalanı tərk etmişlər.
- 1790-cı ildə Manqup onun son sakinləri olan karaimlər tərəfindən tərk edilmişdir. Tabana-Dərə ərazisində bu gündə karaimlərə aid qəbrsanlıq qalmışdır.
Tanınmış sakinləri
- Dmitriy — Feodoronun ilk sahibi, 1362-ci ildə baş vermiş Mavi sular döyüşünün iştirakçısıdır.
- Mariya Manqupskaya (?-1477) — Feodoro şahzadəsi III Böyük Stepanın 17-ci həyat yoldaşı,
- Qotlu Mariya — Feodoro şahzadəsi, Trapezund imperatoru Böyük Komninin həyat yoldaşı.
- Kasian Qrek (dünyaya Konstantin kimi tanınır), Manqup knyazı.
Ədəbiyyat
- Бармина Н. И. Археологическое изучение Мангупской базилики в 1850–1930-е гг. (источниковедческий аспект) // Античная древность и средние века. — Екатеринбург: [Изд-во Урал. ун-та], 2009. — Вып. 39: К 60-летию д. и. н., профессора В. П. Степаненко. — С. 409–422.
- Герцен А. Г. Октагональная церковь Мангупской цитадели по данным археологических исследований 1997–1999 гг.: планировка, стратиграфия, хронология / А. Г. Герцен, В. Е. Науменко // Античная древность и средние века. — Екатеринбург: [Изд-во Урал. ун-та], 2009. — Вып. 39: К 60-летию д. и. н., профессора В. П. Степаненко. — С. 423–466.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, manqup sözünün mənası, manqup haqqında məlumat. manqup nədir? manqup nə deməkdir?