Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maluq qalası — Oğuz rayonunun Maluq yaşayış sahəsindən cənubda Qaraçayın sahilində, düzənlik ərazidə yerləşən qala.

Maluq qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Maluq qalası

Maluq qalası — Oğuz rayonunun Maluq yaşayış sahəsindən cənubda Qaraçayın sahilində, düzənlik ərazidə yerləşən qala.

Maluq qalası
Ölkə
  •  Azərbaycan
Yerləşir Şıxoba
40°59′25″ şm. e. 47°21′21″ ş. u.HGYO
Xəritə

Maluq qalası tarixi mənbələrdə

Qalanın adı yazılı mənbələrdə 1053 və 1071–1072-ci illərin hadisələri ilə əlaqədar xatırlanır.

Mənbələrə görə 1053-cü ildə Şirvanşah Sallar ibn Yezid (1049–1063) Maluq qalasına hücum edərək, zor gücünə onu Şəki hakimindən almış, qalanı möhkəmləndirmiş, orada özünün hərbi hissəsini, ərzaq ehtiyatını və silahlılarını yerləşdirmişdi.. Qalanın strateji mövqedə yerləşməsi Salları qala ətrafında möhkəmləndirilmiş şəhərcik salmağa, orada məscid tikdirməyə, öz adamlarını qalada yerləşdirməyə vadar etmişdi. Şirvanşah məhz bu qaladan "kafirlər"in üzərinə hücumlar edir və onların ölkəyə müdaxiləsinin qarşısını ala bilirdi.

"Tarix-i əl-Bab"a görə 1071-ci ilin payızında Şəki hökmdarı Axsartan Maluq qalasını ələ keçirmiş, oraya öz "müavinini" rəhbər təyin etmişdir. Bundan sonra – Şirvanşah I Fəribürz (1063–1096) ilə Şəddadi hökmdarı Fəzl ibn Şavur qalanı birlikdə geri almaq üçün öz aralarında razılığa gələrək qalanı mühasirə edirlər və 1072-ci ilin iyun ayında qalanı ələ keçirib bünövrəsinə qədər sökürlər; orada olan bütün "dinsizləri" – qalanın bütün müdafiəçilərini isə qətlə yetirirlər.

Qalanın quruluşu

Qala dördkünc biçimli olub küncləri dairəvi bürclərlə, divarları isə yarımdairəvi kontrforslarla möhkəmləndirilmişdir. Maluq qalası çaydaşından tərkibinə xırda çınqıl və kömür qırıntıları qatılmış kirəc məhlulla hörülmüşdür. Şimal və qərb divarları güclü dağıntiya məruz qalmışdır. Nisbətən yaxşı mühafizə olunmuş yerlərdə qala divarının hündürlüyü 2–6 metrə çatır. Qalanı dərinliyi 2 metr, eni bəzi yerlərdə 12–15 metr olan müdafiə xəndəyi əhatə edir. Xəndəyin şimal hissəsindən çay yatağının keçməsi və qalanın cənub tərəfindəki divarında körpü yerlərinin olması sübut edir ki, müdafiə zamanı qalanı əhatə edən xəndək su ilə doldurulurdu. Maluq qalasının yaxınlığında sahəsi 6 hektara yaxın olan orta əsr yaşayış yerinin qeydə alınması Maluq qalasının həmin yaşayış yerinin narınqalası olduğunu ehtimal etməyə əsas verir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, maluq qalası sözünün mənası, maluq qalası haqqında məlumat. maluq qalası nədir? maluq qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Aliment

  • Fevral 27, 2026

    Xınalıqlar

  • Fevral 27, 2026

    Oromo

  • Mart 06, 2026

    1472-ci il

  • Mart 02, 2026

    Ştern (jurnal)

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst