Malik Əsədov (tam adı: Əsədov Malik Hamil oğlu) (27 iyun 1962, Havarlı, Yevlax rayonu – 18 yanvar 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
| Malik Əsədov | |
|---|---|
| Malik Hamil oğlu Əsədov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Havarlı, Yevlax rayonu, Azərbaycan SSR |
| Vəfat tarixi | |
| Vəfat yeri | Nəbilər, Şuşa, Azərbaycan |
| Vəfat səbəbi | şəhid |
| Dəfn yeri | Havarlı, Yevlax rayonu |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Qoşun növü | Quru qoşunları |
| Rütbəsi | |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi |
| Təltifləri | |
Həyatı
27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur.
Döyüşlərdə iştirakı
Ailəsi
Ailəli idi.
Xatirəsi
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.
Həmçinin bax
- Birinci Qarabağ müharibəsi
- Erməni terrorizmi
- Azərbaycanlıların Soyqırımı Günü
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, malik əsədov sözünün mənası, malik əsədov haqqında məlumat. malik əsədov nədir? malik əsədov nə deməkdir?
