Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol kl

Maksim Medvedev

  • Ana Səhifə
  • Vikipediya
  • Maksim Medvedev

Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun keçmiş müdafiəçisi.

Maksim Medvedev
Ümumi məlumatlar
Tam adı Maksim Borisoviç Medvedev
Doğum tarixi 29 sentyabr 1989 (36 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→Azərbaycan Azərbaycan
Boyu 180 sm
Çəkisi 71 kq
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Nömrəsi 5
Karyerası
Gənclik karyerası
????—2004 Azərbaycan Neftçi İSM
2004—2006 Azərbaycan Qarabağ
Klub karyerası
2006—2024 Azərbaycan Qarabağ 279 (9)
Milli yığma
2004—2006 Azərbaycan Azərbaycan (17 yaşlılar) 3 (0)
2006—2008 Azərbaycan Azərbaycan (19 yaşlılar) 9 (0)
2008—2009 Azərbaycan Azərbaycan (21 yaşlılar) 6 (0)
2009—2024 Azərbaycan Azərbaycan 81 (4)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 iyun 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 iyun 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim ümumilikdə millinin heyətində 81 dəfə forma geyinib.

Futbolçu karyerası

Qarabağ

Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018–2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Medvedevin "Qarabağ"ın heyətində, ümumilikdə, 395-ci oyunu olub. 2006/2007 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran təcrübəli oyunçu Müşfiq Hüseynovun rekordunu yeniləyib. Maksim Medvedev cari mövsümün gedişində "Qarabağ"ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləyib.

2 iyun 2024-cü ildə keçirilən Azərbaycan Kubokunun finalında (Qarabağ FK-Zirə FK) futbolçu karyerasını bitirdiyini açıqladı.

Məşqçi karyerası

Futbolçu karyerasını başa vuran Maksim Medvedev məşqçiliyə başlayıb. Medvedev 2024-cü ilin iyul ayında "Qarabağ"ın U-14 komandasına köməkçi məşqçi təyin edilib.

Uğurları

Klub

Azərbaycan Qarabağ
  • Azərbaycan Kuboku
    • Qalib (5): 2008–09, 2014–15, 2015–16, 2016–17, 2021–22
  • Azərbaycan Premyer Liqası
    • Qızıl (10): 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20, 2021–22, 2022–23, 2023–24
    • Gümüş (2): 2012–13, 2020–21
    • Bürünc (2): 2009–10, 2010–11

Şəxsi

  • "Qarabağ" futbol klubu "İlin ən yaxşısı" mükafatı: 2008

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maksim Medvedev haqqında məlumat. Maksim Medvedev nədir? Maksim Medvedev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    VII Ptolemey

  • Mart 01, 2026

    Əyyubsultan qəbiristanlığı

  • Mart 01, 2026

    İtaliya gerbi

  • Fevral 25, 2026

    İsmayıl

  • Fevral 24, 2026

    Müəllim

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst