Məzrə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcallı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir.
| Məzrə | |
|---|---|
| 39°19′ şm. e. 47°06′ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 280 m |
| Saat qurşağı |
|
![]() Məzrə | |
Toponimikası
Tarixi
1918–1920-ci illərdə Azərbaycan–Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür.
Coğrafiyası və iqlimi
Kənd düzənlikdə yerləşir.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məzrə (cəbrayıl) sözünün mənası, məzrə (cəbrayıl) haqqında məlumat. məzrə (cəbrayıl) nədir? məzrə (cəbrayıl) nə deməkdir?
