Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair.

Məzahir Daşqın

  • Ana Səhifə
  • Vikipediya
  • Məzahir Daşqın

Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair.

Məzahir Daşqın
Doğum adı Mazahir Həmzə oğlu Axundov
Təxəllüsü Borsunlu Məzahir Daşqın
Doğum tarixi 1909(1909)
Doğum yeri
  • Borsunlu, Tərtər rayonu, Azərbaycan
Vəfat tarixi 31 oktyabr 1979(1979-10-31) (69–70 yaşında)
Vəfat yeri
  • Borsunlu, Mirbəşir rayonu, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Borsunlu
Fəaliyyəti şair

Həyatı

Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyil göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır.

İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.

1942-ci ildə Krım cəbhəsində ağır döyüşlərdə əsir alınır, ölüm düşərgələrində işgəncələrə məruz qalır. Şimali Afrikada və İtaliyada olur.

1945-cı ildə vətənə qayıtmaq imkanı tapsa da, onu doğma vətənə buraxmayıb həbs edir, Sibirə sürgünə göndərirlər. 1956-cı il 24 mart tarixli fərmana əsasən ona bəraət verilir. M.Daşqının azad olunmasında Səməd Vurğunun xeyirxah rolu olmuşdur. Böyük şair M.Daşqına "Aşıq qardaşıma" adlı şeir də həsr etmişdir.

Azərbaycan Respublikası xalq yaradıcılığı evində ştatdankənar metodist (1956-1960), sonra ömrünün axırınadək Gəncə rayonlararası xalq yaradıcılığı evində folklor şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

1946-cı ildən sonra təqiblərə məruz qaldığından öz şerlərini Daşqın təxəllüsü ilə çap etdirmişdir.

1979-cu il oktyabrın 31-də vəfat etmiş, Borsunlu kəndində dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məzahir daşqın sözünün mənası, məzahir daşqın haqqında məlumat. məzahir daşqın nədir? məzahir daşqın nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Yemelyanenko

  • Fevral 27, 2026

    Rəhilə

  • Mart 02, 2026

    Oyuncaqların hekayəsi

  • Mart 05, 2026

    Qafur Qulam

  • Mart 06, 2026

    Qəzənfər Məmmədov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst