Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mənsum Gülməmməd oğlu Əsgərov (1908, Qəzyan, Zəngəzur qəzası – 1994, Xırdalan) — Azərbaycan SSR heyvandarı, Sosialist Əməyi Qəhrəmanı.

Mənsum Əsgərov

  • Ana Səhifə
  • Vikipediya
  • Mənsum Əsgərov

Mənsum Gülməmməd oğlu Əsgərov (1908, Qəzyan, Zəngəzur qəzası – 1994, Xırdalan) — Azərbaycan SSR heyvandarı, Sosialist Əməyi Qəhrəmanı.

Mənsum Əsgərov
Doğum tarixi 1908(1908)
Doğum yeri
  • Qəzyan, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1994(1994) (85–86 yaşında)
Vəfat yeri
  • Xırdalan, Abşeron rayonu, Azərbaycan
Fəaliyyəti müəllim, kolxozçu[d]
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni

Həyatı

Mənsum Əsgərov 1908-ci ildə Zəngəzur mahalının Qəzyan kəndində anadan olub. 1930-cu ildə Şuşa Pedaqoji Texnikumunu bitirib. 1930–1939-cu illərdə Qubadlı rayonunun bir sıra məktəblərində müəllim olub. 1939–1940-cı illərdə Sovet-Fin müharibəsinin və sonralar Böyük Vətən müharibəsinin iştirakçısı olub. 1944-cü ildə cəbhədə yaralanıb və 1946-cı ildə ordudan tərxis edilib.

1946-cı ildən qoyunçuluq təsərrüfatının müdiri, 1951-ci ildən isə Telman kolxozunun (keçmiş Bağırov adına) sədri olub. 1953-cü ildən meşə gözətçisi, 1958-ci ildən Azərbaycan Ovçular İttifaqının inspektoru olub. 1960–1971-ci illərdə Telman adına kolxozun qoyunçuluq fermasının yenidən müdiri olub. 1971–1978-ci illərdə Respublika Arıçılıq İdarəsinin Qubadlı rayon şöbəsinin müfəttişi olub. 1978–1991-ci illərdə Qubadlı rayonunun Telman adına kolxozunun sədr müavini olub.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 iyun 1949-cu il tarixli Fərmanı ilə 1948-ci ildə heyvandarlıqda yüksək məhsuldarlıq əldə etdiyinə görə Əsgərov Mənsum Gülməmməd oğlu Lenin ordeninə, Çəkic və Oraq qızıl medalına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Sov. İKP üzvü, dəfələrlə kənd sovetinə deputat, Azərbaycan Kommunist Partiyasının qurultaylarına nümayəndə seçilib.

1993-cü ilin avqust ayında Qubadlının ermənilər tərəfindən işğalı zamanı məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşıb.

1994-cü ildə Bakı şəhərində vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mənsum əsgərov sözünün mənası, mənsum əsgərov haqqında məlumat. mənsum əsgərov nədir? mənsum əsgərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ərk qalası

  • Mart 06, 2026

    Nilometr

  • Fevral 27, 2026

    Börçiginilər

  • Fevral 27, 2026

    İmereti

  • Fevral 27, 2026

    Muscari

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst