Məlikli (əvvəlki adları: Maniklu, Adıgözəlbəyli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd.
| Məlikli | |
|---|---|
| 40°06′17″ şm. e. 46°45′43″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdərə rayonu |
| Tarixi və coğrafiyası | |
| Əvvəlki adı | Adıgözəlbəyli |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 26 |
| Poçt indeksi | AZ5900 |
| Nəqliyyat kodu | 32 |
![]() Məlikli | |
Toponimikası
Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir.
Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı.
1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
Tarixi
1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məlikli (ağdam) sözünün mənası, məlikli (ağdam) haqqında məlumat. məlikli (ağdam) nədir? məlikli (ağdam) nə deməkdir?
