Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhərrəm Allahqulu oğlu Cəfərli — azərbaycanlı folklorşünas alim, filologiya elmləri doktoru (2003), professor.

Məhərrəm Cəfərli

  • Ana Səhifə
  • Vikipediya
  • Məhərrəm Cəfərli

Məhərrəm Allahqulu oğlu Cəfərli — azərbaycanlı folklorşünas alim, filologiya elmləri doktoru (2003), professor.

Məhərrəm Cəfərli
Məhərrəm Allahqulu oğlu Cəfərli
Doğum tarixi 5 yanvar 1946 (80 yaş)
Doğum yeri Xok, Kəngərli rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi ədəbiyyat
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adları alim, professor
İş yerləri AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti

Həyatı

Məhərrəm Cəfərli 1946-ci il yanvarın 5-də Naxçıvan MSSR-in Şərur rayonunun Xok kəndində anadan olub. 1964-1969-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1984-ci ildə "Osman Sarıvəlli və şifahi xalq ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2003-ci ildə filologiya elmləri doktoru dərəcəsi almaq üçün "Azərbaycan məhəbbət dastanlarının poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir. 40 ilə yaxındı Naxçıvan Dövlət Universitetində dərs deyir. 2004-ci ildən AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiridir. Naxçıvan MR, folklorşünaslıq tarixi və nəzəri tədqiqi və öyrənilməsi folklor toplamaqla məşğuldur.

Elmi fəaliyyət

Məhərrəm Cəfərli dərc olunmuş 150-dən çox elmi məqalənin, 25 kitabın müəllifidir. "Yazıçı və folklor" Azərbaycan folklorşünaslığının inkişafı problemlərinə, dastan poetikasına, aşıq sənətinə həsr edilmişdir. Məqalələri İran və Türkiyədə çap olunmudur. “Dastan və mif” kitabı isə Təbrizdə çap olunmuşdur (2003). 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 2004-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. 2008-ci ildə alim beynəlxalq mükafat olan "Türk dünyasının mədəniyyəti və elmə xidmət" mükafatı ilə təltif olunub.

Seçilmiş elmi əsərləri

  • Osman Sarıvəlli və aşıq yaradıcılığı. Bakı: Azərbaycan SSR "Bilik" Cəmiyyəti, 1981;
  • Xalqla bağlılıq (Osman Sarıvəllinin anadan olmasının 80 illiyi münasibətilə). Bakı: Azərbaycan SSR "Bilik" Cəmiyyəti, 1986;
  • Azərbaycan məhəbbət dastanlarının poetikası. Bakı: Elm, 2000;
  • Dastan və mif. Bakı: Elm, 2001;
  • Folklor və etnik-milli şüur. Bakı: Elm, 2006;
  • Dastan yaradıcılığı. Bakı: Elm, 2007;
  • Nahçıvan folklor materyalleri esasında folklor ve etnik-milli şuur. Ankara: Kültür Ajans Yayınları, 2007;
  • Aşk Konulu Azerbaycan Halk Hikayelerinin Şiirsel Yapısı. Ankara: Kültür Ajans Yayınları, 2010;
  • Naxçıvan folkloru. I Cild. "Azərbaycan folkloru antologiyası" (redaktoru M. Cəfərli, tərtib edənlər M. Cəfərli və Rafiq Babayev). Naxçıvan: Əcəmi, 2010;
  • Naxçıvan folkloru. II Cild. "Azərbaycan folkloru antologiyası" (redaktorlar M. Cəfərli və Rafiq Babayev, tərtib edənlər M. Cəfərli, Yusif Səfərov, Rafiq Babayev). Naxçıvan: Əcəmi, 2011;
  • Naxçıvan folkloru. III Cild. "Azərbaycan folkloru antologiyası" (redaktorlar və tərtib edənlər M. Cəfərli və Rafiq Babayev). Naxçıvan: Əcəmi, 2012.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məhərrəm cəfərli sözünün mənası, məhərrəm cəfərli haqqında məlumat. məhərrəm cəfərli nədir? məhərrəm cəfərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kuhistan

  • Fevral 23, 2026

    23 iyun

  • Fevral 27, 2026

    Yəzd

  • Mart 01, 2026

    Bazu-baş kötüyü

  • Fevral 27, 2026

    Monza

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst