Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhərrəm Əli oğlu İbrahimov (16 aprel 1982, Ardanış, Krasnoselsk rayonu – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Dövlət İnformasiya Agentliyinin m

Məhərrəm İbrahimov

  • Ana Səhifə
  • Vikipediya
  • Məhərrəm İbrahimov

Məhərrəm Əli oğlu İbrahimov (16 aprel 1982, Ardanış, Krasnoselsk rayonu – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri, şəhid.

Məhərrəm İbrahimov
Məhərrəm Əli oğlu İbrahimov
Doğum tarixi 16 aprel 1982(1982-04-16)
Doğum yeri
  • Ardanış, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 4 iyun 2021(2021-06-04) (39 yaşında)
Vəfat yeri
  • Susuzluq, Kəlbəcər rayonu, Azərbaycan
Vəfat səbəbi Susuzluq kəndi yaxınlığında partlayış
Dəfn yeri
  • Müşfiqabad
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əli İbrahimov
Milliyyəti Azərbaycanlı
İxtisası Jurnalistika
Fəaliyyəti Jurnalist
Mükafatları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20202020 "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı

Mündəricat

Həyatı

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistan Sovet Sosialist Respublikasının Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. Həmin ilin oktyabr ayının sonlarında qardaşı ilə birlikdə Gədəbəy rayonuna aparılıb. 1989-cu il dekabrın 30-dək bu rayonda yaşayıb. Burada N. K. Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbində (indiki İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəb) oxuyub. Üç aydan sonra Bakıya — Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki yeni evlərinə qayıdıb və 100 nömrəli orta məktəbin 1-ci sinfində təhsilini davam etdirib. 1999-cu ildə orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

Ailəsi

Ailəlidir. Uğur və Toğrul adlı iki oğlu var.

Ölümü

2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

Fəaliyyəti

Mətbuat fəaliyyəti

2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq–mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib. İşlədiyi müddətdə AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. O, həmçinin "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalı ilə də təltif edilib. Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə keçirdiyi "Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik" mövzusundakı yazı müsabiqəsində 1-ci yerə layiq görülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilib. Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 144 illik yubileyi münasibətilə ictimai–təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə təltif olunub. Dəfələrlə bir çox yazı müsabiqələrinin qalibi olan Məhərrəm hərbi jurnalistlər üçün təşkil edilən təlimlərdə fərqləndiyinə, eləcə də çalışdığı qurumların fəaliyyətinin işıqlandırılmasında yüksək peşəkarlıq göstərdiyinə görə diplom, fəxri fərman və plaketlərə layiq görülüb. Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olan, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, Aprel döyüşlərində, Tovuz döyüşlərində, İkinci Qarabağ müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm hərbi jurnalist kimi topladığı zəngin təcrübəni həvəslə digərləri ilə bölüşüb. Respublikamızda peşəkar hərbi jurnalist kimi tanınan Məhərrəm İbrahimov bu sahəni dərindən bilən şəxs kimi bir çox tədbirlərdə iştirak edib, bilik və təcrübələri bölüşüb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün təşkil olunan "Silahlı münaqişələrdə medianın rolu" mövzusunda seminarda Məhərrəm İbrahimov silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri ilə bağlı mühazirə oxuyub. Ali Hərbi Məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Təltifləri

  • Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Məhərrəm İbrahimov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Xatirəsinin əbədiləşdirilməsi

  • Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib.
  • Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində xatirə lövhəsi və baralyefi istifadəyə verilib.

Həmçinin bax

  • Susuzluq kəndi yaxınlığında partlayış

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məhərrəm i̇brahimov sözünün mənası, məhərrəm i̇brahimov haqqında məlumat. məhərrəm i̇brahimov nədir? məhərrəm i̇brahimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tər vəziləri

  • Fevral 27, 2026

    Endre Adi

  • Mart 06, 2026

    Kazemiro

  • Mart 06, 2026

    Avtonom

  • Fevral 28, 2026

    Gültəpə (Ərdəbil)

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst