Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmməd Qəmbər oğlu Qocayev (1912, Qaçağan, Tiflis quberniyası – 27 noyabr 1972, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi. 1950–1951-ci illərdə Marne

Məhəmməd Qocayev

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmməd Qocayev

Məhəmməd Qəmbər oğlu Qocayev (1912, Qaçağan, Tiflis quberniyası – 27 noyabr 1972, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi. 1950–1951-ci illərdə Marneuli Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Sovet İttifaqı Sosialist Əmək Qəhrəmanı.

Məhəmməd Qocayev
Gürcüstan KP Mərkəzi Komitəsinin üzvü
14 yanvar 1951 – 3 may 1960
Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri
1949 – 1951
SonrakıCamal Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1912(1912)
Doğum yeri
  • Qaçağan, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 27 noyabr 1972(1972-11-27) (59–60 yaşında)
Vəfat yeri
  • Marneuli, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

Məhəmməd Qocayev 1912-ci ildə anadan olmuşdur. 1917-ci ildə atasını itirən 5 yaşlı Məhəmməd, anası Xeyransa Alı qızının himayəsində qalır. O, 1927-ci ildə komsomol sıralarına qəbul olunur, 1929-cu ildə Kəndli Gənclər Məktəbini bitirir. 1930-cu ildə Gürcüstan SSR Maarif Komissarlığının Tbilisidə 6 aylıq kursuna daxil olur. Oranı bitirdikdən sonra Borçalı rayonunun Betarabçı kənd dördillik məktəbinə müdir təyin edilir. 1932-ci ildə Qaçağan kənd sovetliyinin katibi, sonra kənd sovet sədrinin müavini seçilir. 1933-cü ildə Borçalı Rayon Partiya Komitəsi Bürosunun qərarı ilə Tbilisi şəhərindəki Zaqafqaziya Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə təhsil almağa göndərilir.1935-ci ildə Gürcüstan LKGİ MK bürosunun qərarı ilə Borçalı rayon komsomol komitəsində təlimatçı-təbliğatçı vəzifəsinə təyinat alır.

Məhəmməd Qocayev 1936-cı ildə "Gündoğan" kolxozuna sədr seçilir. 1938-ci ildə Borçalı Rayon Tədarük İdarəsinə direktor və rayon istehlak İdarəsinin sədri seçilir. 1939-cu ildə Borçalı Rayonunun Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə keçirilir. 1940–1945-ci illərdə əvvəl Marneuli, sonra Şulaver maşın-traktor stansiyalarının direktoru olmuşdur. 1946-cı ildə "Sosializm"kolxozunun sədri seçilir. "Sosializm"kolxozunun sədri Məhəmməd Qocayev kənd təsərrüfatı məhsullarının, xüsusilə tütünçülüyün inkişafında göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlıq hünərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1949-cu il 3 may tarixli fərmanı ilə Lenin ordeni və Oraq və çəkic qızıl ulduz medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.

1949–51-ci illərdə Marneuli rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır, bölgənin yüksəlişi uğrunda hərtərəfli qabiliyyət nümayiş etdirir. 1951-ci ildə ikinci Lenin ordeni ilə təltif olunur. 1951–54-cü illərdə Gürcüstan KP MK nəzdində üçillik Ali Partiya Məktəbinə göndərilmişdir. 1954-cü ildə Marneuli yağ-süd zavoduna direktor təyin edilir. 1957-ci ildə "Qırmızı Körpü" maşın-traktor stansiyasının direktoru vəzifəsinə keçirilir. 1963-cü ilə qədər həmin vəzifədə çalışan Məhəmməd Qocayev kənd təsərrüfatı texnikasının təmiri və bərpası sahəsində yüksək təşkilatçılıq, işgüzarlıq nümayış etdirir. 1963-cü ildə Məhəmməd Qocayev regionun 5 bölgəsinə (Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro, Salka) xidmət göstərən Taxıl Məhsulu Tədarükü kombinatına baş direktor göndərilir. 1966-cı ildə Məhəmməd Qocayev "Şərəf nişanı" ordeni ilə təltif olunur. 1969-cu ildə Alget tərəvəzçilik-südçülük sovxozuna direktor vəzifəsinə göndərilir. 1970–72-ci illərdə Məhəmməd Qocayev Marneuli Baş pendir-yağ-süd zavodunun direktoru vəzifəsində son fəaliyyətini etdirir. Məhəmməd Qocayev həm də görkəmli ictimai-siyasi xadim idi. O, daşıdığı vəzifələrinə və malik olduğu Sosialist Əməyi Qəhrəmanı adına görə Gürcüstan KP MK üzvü seçilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məhəmməd qocayev sözünün mənası, məhəmməd qocayev haqqında məlumat. məhəmməd qocayev nədir? məhəmməd qocayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nazim Hikmət

  • Mart 06, 2026

    Abolisiya feminizmi

  • Mart 06, 2026

    Connaraceae

  • Fevral 27, 2026

    Papiros

  • Mart 06, 2026

    Aşağı Tala

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst