Məhəmməd Mövsüməli oğlu Hidəci (1853, Hidəc, Zəncan ostanı – 1928, Tehran) — Azərbaycan şairi.
| Məhəmməd Hidəci | |
|---|---|
| Məhəmməd Mövsüməli oğlu Hidəci | |
| |
| Doğum tarixi | 1853 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1928 (74–75 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | şair, filosof, pedaqoq |
Həyatı
Məhəmməd Hidəci 1853-cü ildə Zəncanın ostanının Tüdəc (indi Hidəc adında tanınır) kəndinda anadan olmuş, ilk təhsilini kənd məktəbində almışdır. 1879–1887-ci illərdə Qəzvində və Tehranda oxumuş, sonra müctəhid adını almaq üçün Nəcəf şəhərində təhsilini davam etdirmişdir. 1892-ci ildə təhsilini bitirib vətənə qayıdan Hidəci Tehrana köçmüş və ömrünün axırına kimi mədrəsədə müəllimlik etmişdir. Məhəmmad Hidəci 1928-ci ildə Tehranda vəfat etmişdir.
Yaradıcılığı
Hidəci üç dildə — azərbaycanca, farsca və ərəbcə əsərlər yazmışdır. Onun "Külliyyatt-divani-Hidəci" kitabı Zəncan şəhərində, sonralar isə şeirlər külliyyatı Təbrizdə üç dəfə çap olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmməd Hidəci haqqında məlumat. Məhəmməd Hidəci nədir? Məhəmməd Hidəci nə deməkdir?
