Mədət Qəzənfər oğlu Quliyev (27 sentyabr 1958, Kirovabad) — Azərbaycan hərbi xadimi, Azərbaycanın Milli Qəhrəmanı (1995), general-polkovnik (2018), Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini (2023-cü ildən), Azərbaycan Respublikasının müdafiə sənayesi naziri (2019–2023), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini, nazir vəzifəsini icra edən (oktyabr–dekabr 2015), Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Penitensiar Xidmətin rəisi (2011–2015), Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin (2006–2011), Narkotiklə Mübarizə İdarəsinin (2002–2004), Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002).
| Mədət Quliyev | |
|---|---|
![]() Quliyev 2018-ci ildə | |
Vəzifədədir | |
| 18 noyabr 2023-cü ildən | |
| Katib | Ramil Usubov |
Azərbaycan Velosiped Federasiyasının prezidenti | |
| 26 noyabr 2021 – 24 aprel 2025 | |
| Əvvəlki | Fazil Məmmədov |
| Sonrakı | Zaur Axundov |
| 20 iyun 2019 – 18 noyabr 2023 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Yavər Camalov |
| 14 dekabr 2015 – 20 iyun 2019 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Əli Nağıyev |
| 20 oktyabr – 14 dekabr 2015 | |
| 14 fevral 2011 – 21 oktyabr 2015 | |
| Nazir | Fikrət Məmmədov |
| Əvvəlki | Nazim Ələkbərov |
| Sonrakı | Ceyhun Həsənov |
| 2006 – 2011 | |
| Sonrakı | Yaşar Əliyev |
| 2004 – 2006 | |
| Sonrakı | Məmməd Mikayılov |
| 2002 – 2004 | |
| Sonrakı | Eldar Mahmudov |
| 2001 – 2002 | |
| Sonrakı | Vilayət Eyvazov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 27 sentyabr 1958 (67 yaş) |
| Doğum yeri | |
| Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
| Rütbəsi | General-polkovnik |
| | |
| Təltifləri | |
Həyatı
Mədət Quliyev 1958-ci il sentyabrın 27-də hazırkı Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olmuşdur. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirmişdir. 1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşunaslıq ixtisası üzrə bitirmişdir.
Sambo üzrə idman ustasıdır. Triatlon idman növü ilə məşğuldur.
Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəli olub, 4 övladı var.
Fəaliyyəti
Mədət Quliyev 1982-ci ildə Gəncə şəhərinin "Dinamo" İdman Cəmiyyətində təlimatçı olaraq çalışmışdır. 1983-cü ildən Azərbaycanın daxili işlər orqanlarında xidmətə başlamış, 1993–1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışmışdır. 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası aldığına baxmayaraq, geri çəkilməmiş və cinayətkarların zərərsizləşdirilməsinə nail olmuşdur.
1994–1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsini rəisi vəzifəsində çalışmışdır. Onun rəhbərliyi altında keçirilən əməliyyatlar nəticəsində ölkədə formalaşmış bir sıra cinayətkar dəstələr və reket qruplaşmalar məhv edilmişdir. Həmçinin 1994-cü ilin oktyabr ayında Azərbaycanda dövlət çevrilişinə cəhd zamanı silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etmişdir.
Mədət Quliyev 1995–1996-cı illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi olmuşdur. 1996–2001-ci illərdə həmin idarənin rəis müavini, 2001–2002-ci illərdə isə rəisi vəzifəsində çalışmışdır. 2002–2004-cü illərdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004–2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi və 2006–2011-ci illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.
14 fevral 2011-ci ildə Mədət Quliyev ədliyyə nazirinin müavini — Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə 2015-ci ilin oktyabr ayınadək çalışmışdır. Bu vəzifədə Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli 2552 nömrəli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
20 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və nazir vəzifəsini müvəqqəti icra etmişdir. 14 dekabr 2015-ci ildə yeni yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilmişdir. 20 iyun 2019-cu il tarixindən isə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsində çalışmışdır. 18 noyabr 2023-cü ildən Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavinidir.
- Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, 26 noyabr 2021-ci il tarixindən 24 aprel 2025-ci ilədək Azərbaycan Velosiped Federasiyasının prezidenti.
Rütbələri
- Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli 2552 nömrəli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 509 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Mükafatları
- Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 881 nömrəli Sərəncamı ilə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 26 mart 2018-ci il tarixli Sərəncamı ilə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
- 13 iyul 2022-ci ildə dövlətçilik ənənələrindəki xidmətlərinə görə "Avropa xidməti" ordeni ilə təltif edilmişdir.
- 2022-ci ildə "Türk Dünyası millətinə və dövlətçiliyinə üstün xidmətlərinə görə" Atatürk Beynəlxalq Mükafatı ilə təltif edilmişdir.
- Xorvatiya Respublikasının Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin medalı ilə təltif edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mədət quliyev sözünün mənası, mədət quliyev haqqında məlumat. mədət quliyev nədir? mədət quliyev nə deməkdir?
