Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı, Yelizavetpol quberniyası və ya Rusiya imperiyası – 13 oktyabr 1984, Bakı) — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949).
| Məcid Şamxalov | |
|---|---|
| Doğum tarixi | 2 may 1907 |
| Doğum yeri | |
| Vəfat tarixi | 13 oktyabr 1984 (77 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | aktyor, dramaturq |
| Mükafatları | |
Həyatı
Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur. Digər versiyaya görə isə, Cənubi Azərbaycanın Sərab şəhərində doğulmuş, uşaqlıqda valideynləri ilə Ağdama köçmüşdü.
İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir.
M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.
Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949
- "Əmək igidliyinə görə" medalı — 22 iyul 1949
Əsərləri
- Mənzər (pyes). Bakı: Birləşmiş nəşriyyat, 1957, 16 səh.
- Qayınana (komediya). Bakı: Azərnəşr, 1964, 52 səh.
- Qayınana (komediya). Bakı: Azərnəşr, 1974, 61 səh.
- Qayınana (pyeslər). Bakı: Yazıçı, 1980, 117 səh.
Filmoqrafiya
- Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
- Lətif (film, 1930) — traktorçu
- Məhəbbət oyunu (film, 1935)
- Bakılılar (film, 1938)
- Qara daşlar (film, 1956)
- Qayınana (film, 1978)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məcid Şamxalov haqqında məlumat. Məcid Şamxalov nədir? Məcid Şamxalov nə deməkdir?