Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müstəcib Ülküsal (1899, Dobruca – 10 yanvar 1996, İstanbul) — Krım tatar ictimai xadimi, "Emel" jurnalının yaradıcısı və naşiri.

Müstəcib Ülküsal

  • Ana Səhifə
  • Vikipediya
  • Müstəcib Ülküsal

Müstəcib Ülküsal (1899, Dobruca – 10 yanvar 1996, İstanbul) — Krım tatar ictimai xadimi, "Emel" jurnalının yaradıcısı və naşiri.

Müstəcib Ülküsal
krımtat. Müstecib Ülküsal
türk. Müstecip Ülküsal
Doğum tarixi 1899(1899)
Doğum yeri
  • Dobruca
Vəfat tarixi 10 yanvar 1996(1996-01-10) (96–97 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Fəaliyyəti yazıçı, jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

XIX əsrin ortalarında əcdadlarının Krımdan köçdüyü Rumıniyanın Dobruca əyalətində anadan olmuşdur.

1917-ci ildə Krımda Krım Tatar hökumətinin qurulduğunu öyrənəndə, dostları ilə Krıma gəlmiş və Foti Sala (indiki Qolubinka) kəndində müəllim işləməyə başlamışdır. Döyüşlər Krıma yaxınlaşdıqda, Avropaya qayıtmalı olur və Rumıniya və Bolqarıstanda yaşayır. Buxarest Universitetinin hüquq fakültəsini bitirmişdir, hüquqşünas kimi işləyirdi.

"Tonquç" ("İlkin") mədəniyyət mərkəzini yaradır, 1930-cu ildə dostları ilə birlikdə "Emel" ("Həmlə") jurnalını nəşr etməyə başladı.

1941-ci ildə ailəsi ilə birlikdə Türkiyəyə köçdü. 1941-ci ilin aprel ayında Türkiyə vətəndaşlığını alır və ömrünün sonuna qədər burada yaşayır.

1942-ci ildə o, Cəfər Seyidəhməd ilə Berlinə gələrək, Krımda Milli Krım Tatar hökumətinin yaradılmasını israr edir, lakin onun bu təklifi anlayışla qarşılanmadığından Türkiyəyə qayıdır. Daha sonra türk mətbuatında Krım tatarlarının deportasiyası və kommunist rejimli ölkələrdə (Rumıniya, Bolqarıstan) onlara qarşı edilən repressiyalar barədə məqalələr dərc edir.

1960-cı ilin noyabr ayında bir qrup Krım tatarının təşəbbüsü ilə müharibədən əvvəlki nəşrin davamı olaraq "Emel" jurnalı Ankarada nəşr olunmağa başladı. Müstəcib Ülküsalın məqalələri qəzetdə nəşr olunurdu. 1976-cı ildə təqaüdə çıxdı.

10 yanvar 1996-cı ildə İstanbulda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müstəcib Ülküsal haqqında məlumat. Müstəcib Ülküsal nədir? Müstəcib Ülküsal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Edit Vilson

  • Fevral 26, 2026

    Dnepr

  • Fevral 27, 2026

    Hiyumaa

  • Fevral 27, 2026

    Lamiales

  • Fevral 27, 2026

    S:Əraf surəsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst