Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müsəlman süsəni (lat. Iris spuria subsp. musulmanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növü

Müsəlman süsəni

  • Ana Səhifə
  • Vikipediya
  • Müsəlman süsəni

Müsəlman süsəni (lat. Iris spuria subsp. musulmanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.

Müsəlman süsəni
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Süsənkimilər
Yarımfəsilə:
Süsənkimilər
Triba:
Süsənkimilər
Cins:
Süsən
Növ:
Iris spuria
Yarımnöv:
Müsəlman süsəni
Beynəlxalq elmi adı
  • Iris spuria subsp. musulmanica Takht., 1972
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  292527

Mündəricat

Botaniki xarakteristikası

Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, sürünən, gövdə 40-60 (70) sm hündürlükdədir. Yarpaqlar xətvari, 10-15 mm enində, kökyanı yarpaqlar bəzən uzun olur. Təpə yarpaqları otşəkilli, kənarları ağ pərdəlidir. Çiçək qrupu 4-5 çiçəklidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluğunda, mavidir. Çiçəkyanlığının borucuğu 2,5-3 dəfə yumurtalıqdan qısadır. Xarici tərəfi ellipsivari-dairəvi, ayası oyuqsuz, təpə hissədə aşağı bükülmüşdür. Daxili hissəsi tərs-neştərşəkilli, oyuqlu, dar dırnaqcıqlı, sütuncuğun tərəfi dırnaqcığa bərabərdir. Yumurtalıq uzun borucuqludur. Qutucuq uzun silindrvari, qısa buruncuqlu, 6 qabrğalı, paralel yaxınlaşmışdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

üzənlikdən aşağı dağ qurşağına qədər yayılmışdır. Rütubətli-bataqlıqlı, duzlutəhər yamaclarda rast gəlinir. Çoxalması kökümsov və ya toxumladır. Mezokserofitdir. Çiçəkləməsi may, meyvə verməsi iyun ayına təsadüf edir.

Yayılması

Naxçıvan düzənliyi və aşağı dağlıq hissəsi (Sədərək rayonu, Heydərabad qəsəbəsi, Culfa rayonu, Gülüstan kəndi ərazisi).

Sayı və tendensiyası

Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma).

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma ərazilərinin axtarılması vacibdir.

Sinonimləri

Homotipik sinonimləri

  • Iris musulmanica Fomin
  • Xyridion musulmanicum (Fomin) Rodion.

Heterotipik sinonimləri

  • Iris daenensis Kotschy ex Baker
  • Iris spuria var. daenensis (Kotschy ex Baker) Baker

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müsəlman süsəni haqqında məlumat. Müsəlman süsəni nədir? Müsəlman süsəni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ünsiyyət

  • Fevral 26, 2026

    Vermont

  • Mart 01, 2026

    Rəhim Cəmilov

  • Fevral 27, 2026

    Slovakiya əhalisi

  • Fevral 27, 2026

    Oskar Kleyn

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst