Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdı

Müqtədir (xəlifə)

  • Ana Səhifə
  • Vikipediya
  • Müqtədir (xəlifə)

Müqtədir (ərəb. المقتدر‎; 13 noyabr 895, Bağdad – 1 noyabr 932, Bağdad) — Abbasi xəlifəsi.

Müqtədir
ərəb. المقتدر‎
Bağdad xəlifəsi
908 – 932
ƏvvəlkiMüktəfi
SonrakıQahir
Şəxsi məlumatlar
Doğum tarixi 13 noyabr 895(0895-11-13)
Doğum yeri
  • Bağdad, Abbasilər xilafəti
Vəfat tarixi 1 noyabr 932(0932-11-01) (36 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti
Fəaliyyəti siyasətçi, Xəlifə
Atası Mütəzid
Ailəsi Abbasilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdıqda vəzir Abbas ibn Həsən əl-Cərcərai divan katibləri ilə məşvərət keçirmiş və xəlifənin qardaşı Cəfərin vəliəhd elan edilməsinə nail olmuşdur. 908-ci ildə "Muktədir Billah" ləqəbi ilə xəlifə seçilən Cəfərin azyaşlılığından istifadə edən vəzir Abbas xilafəti tək başına idarə etmişdir.

Bir müddət sonra Muktədirin yerinə Əbu Abdullah Məhəmməd ibn Mutəmid Aləllahı xəlifə seçmək qərarına gələn vəzir Məhəmmədə bu barədə məktub göndərərək sövdələşmələr də aparılmışdır. Lakin vəzirin bu istəyi bəzi divan üzvlərində narazılıq yaratmışdır. Sahibuş-şurta (polis rəisi) İbn Əmrəveyh xəlifənin dəyişdirilməsinə qarşı çıxdıqdan sonra Əbu Abdullah Məhəmməd hikkəsindən iflic olub vəfat etmişdir.

Xəlifəni dəyişmək cəhdinin boşa çıxmasına baxmayaraq, vəzir istəyindən əl çəkməmişdir. Bir müddət sonra özü başda olmaqla, yüksək vəzifəli məmurlar, sərkərdələr, qazı və katiblərin çoxu Abdullah ibn Mutəz Billahı xəlifə seçmək qərarına gəlmişlər. Beləliklə, seçimlə əlaqədar onun özü ilə görüşüb razılığını almış, xəlifə dəyişikliyini qan tökmədən həyata keçirmək istəmişlər. Lakin vəzir xilafətin idarəçiliyinin əlindən çıxacağını düşünüb fikrindən dönmüşdür. Ona görə də Hüseyn ibn Hamdan, Bədr əl-Əcəmi və Vasif ibn Suvar Təkin adlı sərkərdələr onu öldürmüşlər. Ertəsi gün Muktədir Billahın yerinə İbnul-Mutəzzi Murtəzi Billah (Razi Billah, Muntasif Billah) ləqəbi ilə xəlifə elan etmişlər. Onlar bu barədə vilayət rəhbərlərinə məktub göndərmiş, xəlifə Muktədirdən hakimiyyəti təhvil verməyi tələb etmişlər. Lakin Muktədirin ətrafındakılar bununla razılaşmamış, silahlı müqavimət göstərməyə qərar vermişlər. Onun tərəfdarlarının çoxluğunu görən İbnul-Mutəz Bağdaddan qaçmışdır. Beləliklə, nüfuzlu sərkərdələrdən hesab edilən Munis əl-Müzəffərin dəstəyi ilə Muktədir Billah yenidən xəlifə seçilmişdir. Muktədir İbnul-Furat Əl-Akulini vəzir, Minisi sahibuş-şurta təyin edərək Bağdadda sabitliyi qorumağa çalışmışdır.

Qərmətilərlə mübarizəsi

İqtidardaxili çəkişmələri qarışdığı dövründə xilafətin müxtəlif yerlərində talanlarla müşayiət olunan qiyamlar baş vermiş, xilafətin paytaxtı Bağdad və müqəddəs Məkkə şəhəri də yağmalanmışdır. Bəhreyn Qərmətilərinin başçısı Əbu Tahir əl-Cənnabi 923-cü ildə Bəsrəni istila etmişdir. Növbəti il isə Məkkədən Həcc ziyarətindən dönən zəvvarları qılıncdan keçirmişdir. Bu hadisədən sonra Əbu Tahir xəlifəyə məktub göndərərək Bəsrə və Əhvaz şəhərlərinin ona verilməsini tələb etsə də, Müqtədir bununla da razılaşmamışdır. Bunu görən Əbu Tahir həcc yolunu kəsmiş və 925-ci ildə Həcc ziyarətinin həyata keçirilməsinə mane olmuşdur.

Qərmətilər 927-ci ildə Kufəyə hücum etmişdi. Müqtədir Billah Kufəni istiladan qurtarmaq üçün Azərbaycan Sacilər dövlətinin başçısı Əbu Sacdan yardım istəmişdi. Lakin Əbu Sac Kufə yaxınlığında baş vermiş döyüşdə məğlub olaraq öldürülmüşdü. Onun məğlubiyyəti Bağdadda böyük sıxıntı yaratmışdı. Hətta əhalinin bir qismi paytaxtdan Xorasana köçmək məcburiyyətində qalmışdı. Xilafətin bəzi böyük şəhərlərini tutan Qərmətilər 930-cu ildə Kəbəyə hücum etmiş, zəvvarları qətlə yetirərək hacərul-əsvadı (qara daşı) yerindən söküb aparmışdılar. Qara daş 950–951-ci ilədək onların əlində qalmışdı.

929-cu ildə Muktədir Billahı xilafətdən uzaqlaşdırmaq məqsədilə üsyan baş vermiş, qardaşı Məhəmməd Qahir Billah ləqəbi ilə xəlifə elan edilmişdi. Lakin iki il sonra üsyançılar Qahir Billahı yenidən Muktədirlə əvəzləmişlər.

Ölümü

Bu dövr xilafətlə Bizans imperiyası arasında baş verən müharibələrlə yadda qalmışdır. 931-ci ildə ermənilərin təhriki ilə Əhlət bölgəsinə hücuma keçən bizanslılar yerli müsəlmanları qılıncdan keçirmişlər. Buna cavab olaraq Yusif ibn Əbu Sacın qulamı sərkərdə Muflih əks-hücuma keçmiş, zəfər qazanaraq çoxlu qənimətlər əldə etmişdir. Xəlifə Muktədir sahibuş-şurta Munis əl-Müzəffərin siyasi nüfuzundan narahat olaraq vəzifəsindən kənarlaşdırmaq istəmişdi. Bundan inciyən Munis Mosula gedərək xəlifəyə qarşı çıxmış, bir neçə şəhəri zəbt etmişdi. 932-ci ildə tərəflər arasında baş verən döyüşdə Muktədir öldürülmüş, qardaşı Qahir Billah xəlifə elan olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müqtədir (xəlifə) haqqında məlumat. Müqtədir (xəlifə) nədir? Müqtədir (xəlifə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    I Napoleon

  • Fevral 24, 2026

    Politiya

  • Fevral 25, 2026

    Alba Yuliya

  • Fevral 27, 2026

    Yunan

  • Fevral 27, 2026

    Qızlar ağası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst