Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Münirə Sultan (9 dekabr 1844, Topqapı sarayı, İstanbul – 29 iyun 1862, İstanbul) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır.

Münirə Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Münirə Sultan

Münirə Sultan (9 dekabr 1844, Topqapı sarayı, İstanbul – 29 iyun 1862, İstanbul) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır.

Münirə Sultan
türk. Münire Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 9 dekabr 1844(1844-12-09)
Doğum yeri
  • Topqapı sarayı, İstanbul
Vəfat tarixi 29 iyun 1862(1862-06-29) (17 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Gülüstü Qadınəfəndi türbəsi
Atası I Əbdülməcid
Anası Verdicanan Qadınəfəndi
Həyat yoldaşları Kavalalı İbrahim Hilmi Paşa
İbrahim Paşa
Uşağı Sultanzadə Ələddin bəy
Ailəsi Osmanlı xanədanı

Həyatı

1844-cü ildə İstanbulda Topqapı Sarayında dünyaya gəlmişdir. Atası I Əbdülməcid, anası Verdicanan xanımdır. Atasının istəyilə Qərb musiqisi öyrədildi. Piano və ud ifa edə bilirdi.

İki dəfə nigahlanmışdır. İlk evliliyi Misir xədivi Abbas Hilmi Paşanın oğlu İbrahim Hilmi Paşa ilə baş tutdu. Cütlüyün 1854-cü ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.

Ancaq bir neçə ay sonra Abbas Hilmi Paşanın anidən sui-qəsdlə öldürülməsi hər şeyi alt-üst etdi (13 iyul 1854). İbrahim Paşa saray əyanları tərəfindən Misir hakimiyyətinə gətirilməyə cəhd edilsə də, ailənin yaşca böyük nümayəndəsi olan Səid Paşa ilə girişdiyi 8 günlük mübarizədə məğlub oldu və İstanbula qaçdı. Qalan həyatını İstanbulda yaşayan İbrahim Paşanın toy mərasimi üçün vaxt itirilmədi və cəmi 1 ay sonra - 10 avqustda Baltalimanı sahilsarayında mərasim baş tutdu. Ancaq gəlin hələ 10 yaşında idi və bu səbəblə həddi-büluğa çatması gözlənildi. Bu müddət ərzində İbrahim Paşanın bir çox xanımla münasibəti və onlardan övladları dünyaya gəlmişdi. Cütlüyün bir araya gəlmələri isə 31 iyul 1857-ci ildə Fındıqlı sarayında keçirilən kiçik yığıncağın ardından baş tutdu. Münirə Sultanla olan bu nigahından övladı olmayan İbrahim Paşa 9 sentyabr 1860-cı ildə Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu. Bir neçə gün sonra tapılan cənazəsi Qahirəyə aparıldı və İmam Şafii türbəsi yaxınlığındakı ailə məzarlığına dəfn edildi.

İkinci evliliyi isə sərdar Həsən Rza Paşanın oğlu İbrahim Paşa ilə baş tutdu. Bu evlilikdən oğlu Sultanzadə Ələddin bəy (d. 1861 - ö. 1915) dünyaya gəldi. Oğlu Əli bəy 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Cəlaləddin Əfəndiylə birlikdə sünnət edildi.

1862-ci ildə hələ 17 yaşında ikən vəfat etdi. Fateh Məscidində Gülüstü Qadınəfəndi türbəsinə dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Münirə Sultan haqqında məlumat. Münirə Sultan nədir? Münirə Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lizosomlar

  • Fevral 27, 2026

    Atlanqaçlar

  • Mart 01, 2026

    Əl-Cəlil

  • Fevral 25, 2026

    Şandor Vöröş

  • Fevral 27, 2026

    Hayd-park

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst