Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin

Müşfiq Hətəmov

  • Ana Səhifə
  • Vikipediya
  • Müşfiq Hətəmov

Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016).

Müşfiq Hətəmov
Digər adı Müşviq Hətəmov
Doğum tarixi 6 may 1969(1969-05-06) (56 yaş)
Doğum yeri
  • Güllücə, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti Prodüser
Fəaliyyət illəri 1992-ci ildən
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Üzvlüyü
  • Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
Mükafatları +
IMDb ID5528712

Mündəricat

Həyatı

Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir.

Fəaliyyəti

1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.

2025-ci ilin yanvarında Azərbaycan Prodüserlər Gildiyasının sədri seçilib.

Ad və mükafatlar

  • "Humay" mükafatı ("Uğurlu prodüser" nominasiyası) (2014)
  • 13-cü Pune Beynəlxalq Film Festivalında (Hindistan) "Nabat" bədii filminin prodüseri kimi beynəlxalq münsiflər heyətinin "Xüsusi vurğulama" mükafatı (2015)
  • "Nabat" filminə görə "Ən yaxşı prodüser" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)
  • Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il)

Filmoqrafiya

Reklam kampaniyasının rəhbəri kimi

  1. Məhəllə (film, 2003) (tammetrajlı bədii film)
  2. Məhəllə 2 Moskvada (film, 2004) (tammetrajlı bədii film)
  3. Məşədi İbad 94 (film, 2005) (tammetrajlı bədii film)

Aktyor kimi

  1. Küçələrə su səpmişəm (film, 2004) (tammetrajlı bədii film) (rol: kuryer)

Prodüser kimi

  1. Bomba (film, 2005) (tammetrajlı bədii film)
  2. Toy (film, 2005) (tammetrajlı bədii film)
  3. Ailəm (film, 2006) (üçseriyalı film)
  4. İnterpapa (film, 2006) (tammetrajlı bədii film)
  5. Qonşular (film, 2006) (bədii serial)
  6. Halal pullar (film, 2008) (tammetrajlı bədii film)
  7. Dolu (film, 2012) (tammetrajlı bədii film)
  8. Çölçü (film, 2012) (tammetrajlı bədii film)
  9. Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film)
  10. Mahmud və Məryəm (film, 2013) (tammetrajlı bədii film)
  11. Dərvişin qeydləri (film, 2013) (tammetrajlı bədii film)
  12. Qorxma, mən səninləyəm! 1919 (film, 2013) (tammetrajlı bədii film)
  13. Nabat (film, 2014) (tammetrajlı bədii film)
  14. Axınla aşağı (film, 2014) (tammetrajlı bədii film)
  15. Axırıncı dayanacaq (film, 2014) (tammetrajlı bədii film)
  16. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013) (tammetrajlı bədii film)
  17. Sonuncu (film, 2014) (qsıametrajlı bədii film)
  18. İnikas (film, 2014) (qsıametrajlı bədii film)
  19. Çempion (film, 2014) (sənədli film)
  20. Ağır illər... Xoş xatirələr (film, 2014) (sənədli film)
  21. Dərs (film, 2015) (tammetrajlı bədii film)
  22. Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film)
  23. Xeyir ilə şərin rəqsi (film, 2015) (tammetrajlı bədii film)
  24. 4.1 şəhər motivləri (film, 2015) (kinoalmanax)
  25. Qatil (film, 2015) (tammetrajlı bədii film)
  26. 40-cı paraleldə (film, 2016) (kinoalmanax)
  27. Qırmızı bağ (film, 2016) (tammetrajlı bədii film)
  28. İçəri şəhər (film, 2016) (tammetrajlı bədii film)
  29. Natiq Qasımov (2016) (qısametrajlı sənədli film)
  30. Üçüncü günün adamı (film, 2016) (tammetrajlı bədii film)
  31. Həddən artıq uyğunluq (film, 2016) (tammetrajlı bədii film)
  32. Yoxdu belə söhbət (film, 2017) (tammetrajlı bədii film)
  33. Eviniz abad (film, 2017) (tammetrajlı bədii film)
  34. Nar bağı (film, 2017) (tammetrajlı bədii film)
  35. Daxildəki ada (film, 2019) (tammetrajlı bədii film)

Bədii rəhbər kimi

  1. Sirat körpüsü (film, 2007) (tammetrajlı bədii film)

Ssenari müəllifi kimi

  1. Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov (film, 2014) (qısametrajlı sənədli televiziya filmi)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müşfiq Hətəmov haqqında məlumat. Müşfiq Hətəmov nədir? Müşfiq Hətəmov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Anabaptist

  • Fevral 26, 2026

    I Yustinian

  • Fevral 27, 2026

    Nəqşi-Rüstəm

  • Fevral 27, 2026

    Bosniya vilayəti

  • Fevral 27, 2026

    Üst Paleolit

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst