Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lənkəran qəzası (rus. Ленкоранский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, Şamaxı və Bakı quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Za

Lənkəran qəzası

  • Ana Səhifə
  • Vikipediya
  • Lənkəran qəzası

Lənkəran qəzası (rus. Ленкоранский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, Şamaxı və Bakı quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Lənkəran şəhəri idi.

Lənkəran qəzası
Gerb
Gerb
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
 Azərbaycan SSR
Quberniya Kaspi vilayəti (1840–1846)
Şamaxı quberniyası (1846–1859)
Bakı quberniyası (1859–1920)
Mərkəzi Lənkəran
Yaradılıb 10 (22) aprel 1840
Ləğv edilib 8 aprel 1929
Sahəsi 5,4 min km²
Əhalisi 79,258 (1859–1864)
130,987 (1897)
208,479 (1926)
Xəritə
Lənkəran qəzası xəritədə

Mündəricat

Tarixi

Hələ çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında yaradılmışdı. Lənkəran qəzası 1841–46-cı illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846-cı il 14 dekabr tarixli fərmanla Şamaxı quberniyası təşkil edildikdə, onun tərkibinə qatılmışdı (1859 il Şamaxı zəlzələsindən sonra mərkəzi Bakıya köçürüldüyündən Bakı quberniyası adlandırılmışdı). Qəzanın mərkəzi Lənkəran şəhəri idi. Qəza Səbican, Lənkəran, Ərkivan məntəqələrindən və Muğan pristavlığından ibarət idi. Burada qəza idarəçi sistemi fəaliyyət göstərirdi.

Qafqaz təqviminin (1917 məlumatına görə, qəzanın ərazisi 4726,88 kv.verst idi. Lənkəran qəzasında yaşayan 185 518 nəfər əhalinin 183 583 nəfəri yerli sakinlər, 1935 nəfəri müvəqqəti yaşayanlar, 96 904 nəfəri kişi, 88 614 nəfəri qadın idi. Qəza əhalisinin 170 min nəfərə qədəri müsəlman idi. Çarizmin köçürmə siyasəti nəticəsində Lənkəran qəzasının əhalisinin tərkibində rusların sayı artmışdı. Həmin məlumata görə, qəzada 16 206 nəfər rus qeydiyyata alınmışdı (onların 6974 nəfəri pravoslav, 9232 nəfəri sektant idi). Lənkəran şəhərində ümumi olaraq 17 801 nəfər yaşayırdı. Qəzanın təsərrüfat həyatında taxılçılıq, çəltikçilik, balıqçılıq əsas yer tuturdu.

Fevral inqilabından (1917) sonra Lənkəranda sovetlər yarandı. Oktyabr çevrilişindən (1917) sonra Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Soveti quberniyaya daxil olan qəzaların, o cümlədən Lənkəran qəzasının zor gücünə sovetləşdirilməsinə çalışırdı. 1918-ci il aprelin 12-də Bakı Soveti Lənkərana 280 nəfərlik silahlı dəstə göndərdi və aprelin 14-də qəzada sovet hakimiyyətinin qurulması elan olundu, lakin 1918-ci il avqustun 4-də Lənkəran qəzasında sovet hakimiyyəti süqut etdi. Burada sağ eserlərlə "Muğan Müvəqqəti hərbi diktaturası və ya "Beşlər diktaturası" yaradıldı. "Muğan hökuməti" anti-Azərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Bolşeviklər də Lənkəranda hakimiyyəti ələ keçirməyə cidd-cəhd göstərirdilər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Lənkəranda gizli radiostansiya təşkil etmiş, sovet hakimiyyəti tərəfdarlarına hərbi və maddi kömək göstərmişdi. "Muğan hökuməti" 1919-cu il aprelin 25-də yıxıldı, Muğan Sovet Respublikası (1919-cu il 25 aprel — 27 iyul) quruldu. Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. Bəzi sosialist tədbirlərinə baxmayaraq, Muğan Sovet Respublikası xalq arasında nüfuz qazana bilmədi və iyulun 27-də süquta uğradı. Lənkəran qəzasında hakimiyyət Muğan qüvvələrinin əlinə keçdi. Ölkənin ərazi bütövlüyünün bərpasına xüsusi önəm verən Cümhuriyyət Hökuməti Lənkəran qəzasında öz hakimiyyətinin qurulması uğrunda fəal mübarizəyə başladı. Bu məqsədlə xüsusi dəstə təşkil olundu. Hərbi nazir Səməd bəy Mehmandarov iyulun 23-də Lənkəran qəzasının sakinlərinə müraciət imzaladı. Müraciətdə deyilirdi: "Vətəndaşlar! Azərbaycan Cümhuriyyəti hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına dəstə göndərirəm. Vətəndaş müharibəsinə birdəfəlik son qoymaq, qayda-qanun yaratmaq, sizi dinc əhaliyə əzab verən zorakı dəstələrdən və qatillərdən azad etmək işi bu dəstəyə tapşırılıb. Azərbaycanın ayrılmaz hissəsi olan qəzada məskunlaşmış bütün millətlərə ədalətli münasibət bəsləyən Azərbaycan qoşunları sizin yanınıza qanunçuluğun daşıyıcısı kimi gəlirlər… Bununla bərabər, məlum edirəm ki, sovetlər, komitələr və ya "Muğan respublikası" adı altında hər hansı özbaşına təşkilatın yaradılmasına yol verilməyəcəkdir…".

Lənkəran əməliyyatı uğurla başa çatdı. Avqustun sonunda Lənkəran dəstəsi qarşıya qoyulan vəzifəni yerinə yetirdi. 1919-cu ilin avqustundan Lənkəran qəzasında Azərbaycan Xalq Cümhuriyyətinin suveren hüquqları bərpa edildi. Aprel işğalından (1920) sonra Cümhuriyyət hakimiyyətinin süqutu nəticəsində 1920-ci il mayın 3-də Lənkəran qəzasında yenidən sovet hakimiyyəti quruldu. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq, Lənkəran qəzası 1929-cu ildə ləğv edildi.

Əhalisi

Etnik tərkib, dil və din

1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu. Beləliklə, həmin məlumatlara əsasən Lənkəran qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 43.198 nəfər əhali yaşayırdı.

Lənkəran qəzasının etnik xəritəsi, 1880-ci ildə tərtib edilib.

1859–1864-cü illər kameral təsviri

  • Bakı quberniyasının 1859–1864-cü illərə təsadüf edən kameral təsvirinə əsasən:
  • Toplam qəza əhalisi: 79 258 nəfər
  • Oturaq əhali: 74 011 nəfər
  • Kənd əhalisi: 70 272 nəfər
  • Şəhər (Lənkəran) əhalisi: 3 739 nəfər
  • milliyyəti göstərilmədən: 3 739 nəfər
  • Köçəri əhali: 5 247 nəfər
  • Kənd əhalisi və köçəri əhali birlikdə: 75 519 nəfər. Onlardan milliyyətinə görə:
  • Talışlar: 35 035 nəfər
  • Tatarlar(Azərbaycanlılar): 34 344 nəfər
  • Ruslar: 5 534 nəfər
  • milliyyəti göstərilmədən: 606 nəfər.

1926-cı il siyahıyaalınması

Lənkəran qəzası əhalisinin milli tərkibi
Etnik qrup Bütün qəza Lənkəran ş. Sara (ada) Astara d. Astarxan-Bazar d. Boradigah d. Vəryadüz d. Lerik d. Masallı d. Mistan d. Prişib d. Şürük d.
cəmi208 47912 07875722 88237 59828 62220 74211 70227 53610 83517 35418 373
tatar111 1819 3011612 47131 2485 54020 4551 31524 4483 50212 048692
talış77 261222…18 609…21 91210810 3281 8857 2561816 923
rus13 3841 8695447163 695855775579124 334698

Dili

1897-ci il siyahıyaalınması

Lənkəran qəzası əhalisinin dili
Dillər Bütün qəza Lənkəran ş.
cəmi130 9878 733
Azərbaycan dili84 7255 600
Talış dili34 991973
Rus dili9 4811 277
Erməni dili483299
Ukrayn dili24391
Polyak dili208113
Yəhudi dili207150
Mordov1691
Alman132111
Fars8934
Türk821
Tat7430
Gürcü1711
Avar148
Yunan91
Litva5…
Belorus41
Ləzgi42
İsveç2…
digər5130

1926-cı il siyahıyaalınması

Lənkəran qəzası əhalisinin dili
Dillər Bütün qəza Lənkəran ş. Sara (ada) Astara d. Astarxan-Bazar d. Boradigah d. Vəryadüz d. Lerik d. Masallı d. Mistan d. Prişib d. Şürük d.
cəmi208 47912 07875722 88237 59828 62220 74211 70227 53610 83517 35418 373
Türk108 7159 4661801 82632 1685 74319 5956523 3423 54111 978811
Talış80 556204…20 018…21 81292010 7942 7207 2601216 816
Rus13 4811 9275457323 702858785580124 344698
Erməni49819913231624……1512061

Qeydlər

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lənkəran qəzası haqqında məlumat. Lənkəran qəzası nədir? Lənkəran qəzası nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Amsterdam Universiteti

    • Fevral 27, 2026

      Özbəkistan SSR

    • Fevral 27, 2026

      Antil adaları

    • Fevral 27, 2026

      Göyçay rayonu

    • Fevral 27, 2026

      Dilican şəhəri

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst