Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lütfi Şahbaz oğlu Məmmədbəyov (6 fevral 1927, Ağdaş – 1 fevral 2004, Bakı) — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəh

Lütfi Məmmədbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Lütfi Məmmədbəyli

Lütfi Şahbaz oğlu Məmmədbəyov (6 fevral 1927, Ağdaş – 1 fevral 2004, Bakı) — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991).

Lütfi Məmmədbəyov
Digər adları Lütfü Məmmədbəyli
Lütfü Məmmədbəyov
Doğum tarixi 6 fevral 1927
Doğum yeri Ağdaş, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ
Vəfat tarixi 1 fevral 2004 (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19911991 "Şöhrət" ordeni — 19971997
IMDb ID2364989

Mündəricat

Həyatı

Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib.

Fəaliyyəti

Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir.

Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Rejissor həmin teatrın səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edib və adı teatr tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib.

Lütfi Məmmədbəyov televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru o cümlədən “Göz həkimi”, “Yağışdan sonra”, “Səninlə sənsiz”, “Yad qızı” kimi əsərlərin rejissoru olub. Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Səhər”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə rol alıb.

Lütfi Məmmədbəyli respublikada televiziya serialları çəkən ilk rejissordur. Rejissor 1993-cü ildə yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” əsəri əsasında 12 seriyalı filmə quruluş vermişdir. Daha sonra 6 seriyalı “Dodaqdan qəlbə” (1998), yenə də 6 seriyalı “Yağışdan sonra” (1998) seriallarını çəkmişdir.

Ölümü

Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə Bakıda vəfat edib.

Mükafatları

  • Azərbaycan SSR əməkdar artisti — 1 iyun 1974
  • Azərbaycan Respublikasının xalq artisti — 22 may 1991
  • "Şöhrət" ordeni — 13 mart 1997.
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "Qızıl Dərviş" mükafatı laureatı

Filmoqrafiya

  1. Ağasadıq Gəraybəyli (film, 1974)
  2. Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)
  3. Atayevlər ailəsi (film, 1978)
  4. Bəxtiyar (film, 1955)
  5. Duel (film, 1995)
  6. Göz həkimi (film, 1980)
  7. İtkin gəlin (film, 1994)
  8. Kişilər (film, 1979)
  9. Qızmar günəş altında (film, 1957)
  10. Leyli və Məcnun (film, 1961)
  11. Mehmanxana sahibəsi (film, 1978)
  12. Mücrü (film, 1973)
  13. O olmasın, bu olsun (film, 1956)
  14. Sarıköynəklə Valehin nağılı (film, 1980)
  15. Sehrli xalat (film, 1964)
  16. Səhər (film, 1960)
  17. Taleyin qisməti (film, 1996-1997)
  18. Unudulan adam (film, 1987)
  19. Yad qızı (film, 1990)
  20. Yağışdan sonra (film, 1998)
  21. Yeni il gecəsində (film, 1958)
  22. İnanmırsansa... (televiziya tamaşası,1984)
  23. Həmyerlilər ( film-tamaşa,1998)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lütfi məmmədbəyli sözünün mənası, lütfi məmmədbəyli haqqında məlumat. lütfi məmmədbəyli nədir? lütfi məmmədbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Adelaida Universiteti

  • Fevral 16, 2026

    15 fevral

  • Fevral 27, 2026

    Caracal caracal

  • Fevral 27, 2026

    Adam Levin

  • Mart 01, 2026

    Çiçi xan

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst