Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsasən, iynəyarpaqlı meşələrdə rast gəlinir. Çoxillik və həmişəyaşıl bitkidir. Geniş yayılmış nümayəndəsi sancaqşəkilli plaundur. Onun uzun və sürünən gövdəsi d

Lycopodiopsida

  • Ana Səhifə
  • Vikipediya
  • Lycopodiopsida

Plaunopsidlər (lat. Lycopodiopsida) — bitkilər aləminə aid bitki sinfi.

Plaunopsidlər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Şöbə:
Plaunofitlər
Sinif:
Plaunopsidlər
Beynəlxalq elmi adı
  • Lycopodiopsida Bartl., 1830[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  500007
NCBI  3248
EOL  4166
FW  

Əsasən, iynəyarpaqlı meşələrdə rast gəlinir. Çoxillik və həmişəyaşıl bitkidir. Geniş yayılmış nümayəndəsi sancaqşəkilli plaundur. Onun uzun və sürünən gövdəsi dik qalxan və haçavari budaqlanan budaqcıqlar əmələ gətirir. Gövdəsi başdan-başa açıq-yaşıl rəngli kiçik yarpaqcıqlarla örtülür. Plaunun dikduran gövdəsində yayda kiçik və sarı sporlar yaranır. Sporlar küləklə ətrafa yayılır. Plaunların bir çox növləri azsaylıdır və qorunur.

Qatırquyruğuların və plaunların çoxalması, qıjılarda olduğu kimi, suyun iştirakı ilə gedir. Plaunkimlər paleozoy erasının silur dövründə yaşamağa başlamışdır. İlk palunkimilər müxtəlif sporlu otlar olmuşdur. Müxtəlif formalı: ağac (qazıntı şəklində məlumdur), kol və ot (hazırkı növləri) bitkilərdir. Sporofit nəsil kök, gövdə və pulcuqlu və ya bizşəkilli yarpaqlara malikdir. Bitkilərinin əksəriyyətinə mikrofiliya (yarpaqların xırda olması) xasdır. Gövdələrində nəzərə çarpan buğum və buğumarası yoxdur. Kök və gövdələri dixotomik şaxələnir.

Oxşəkilli formaları iqlim şəraitinə daha çox uyğunlaşdıqlarından hazırkı dövrə gəlib çıxmışdır. Sinifin xarakter sırası plaunaoxşarlar (qurdayağılar) – Lycopodiaceae, fəsiləsi plaunlar (qurdayağı) – Lycopodiaceae, təsərrüfat əhəmiyyətli olan cinsi isə plaundur (qurdayağı) – Lycopodium.  

400-ə qədər növü olub, dünyanın bütün qitələrində tədadüf edilir. Keçmiş SSRİ-də 11 növü məlum idi. Bunlardan ən geniş yayılanı sancaqşəkilli plaun (qurdayağı) – L.clavatum olub, əsasən iynəyarpaqlı bitki meşələrində bitir. Sporofit həmişəyaşıl çoxillik otdur. Gövdəsi yerdə sürünür və 25 sm-ə çatan dixomotik budaqlar əmələ gətirir. Yan budaqlarda 2-6 ədəd (adətən cüt-cüt) sporlu sünbüllər yerləşir. Gövdə və budaqları lansetşəkilli xırda yarpaqlarla sıx örtülmüşdür. Yarpağın epidermisi üzərində ağızcıqlar yerləşir. Sünbülləri sarı ürəkşəkilli, uzun, itiuclu və saplaqlı yarpaqcıqlar – sporofillərdən təşkil olunmuşdur ki, bu sporpfillərin üst səthində sporlar yetişdirən böyrəkşəkilli yuvacıqlar – sporangillər yerləşir.

Ana hüceyrə reduksion bölünmədən sonra haploid sporlar yetişdirir. Bütün sporlar quruluş və formaca eynidir. Sporların tərkibində 50 %-ə qədər qurumayan piyli yağ vardır. Əlverişli şəraitdə onlar çox yavaş-yavaş (12-20 il müddətində) inkişaf edərək qametofit nəsil əmələ gətirir. Qametofit boşqab formasında olub, ikicinslidir, yəni öz üzərində həm anteridi, həm də arxeqoni yetişdirir. Bunlar parenxim tipli toxumalardan təşkil olunmuşdur. Anteridi girdə, arxeqoni isə kolba formasındadır. Anteridi içərisində çoxlu miqdarda ikiqamçılı spermatozoid, arxeqoni içərisində isə yumurtahüceyrə inkişaf edir. Yumurtahüceyrənin mayalanmasından sonra (şeh zamanı) diploid (2n) xromosomlu ziqot əmələ gəlir ki, bundan da rüşeym inkişaf edir. Rüşeym bir müddət qametofitin hesabına qidalanır və kök sistemi inkişaf edərək torpağa çatdıqdan sonra sporofit nəsil müstəqil yaşamağa başlayır.

Plaunun sporları kibritotu tozu – Lycopodium adı altında həblərin üzərini örtmək üçün qeyri-hiqroskopik maddə kimi), uşaq səpgilərinin tərkibində və poladəritmə sənayesində istifadə edilir.

Plaunkimilər sinfinə həmçinin selaginellalar sırası – Seiaginellales aiddir. Sıraya selaginella fəsiləsi – Sellaginellaceae daxildir. Bu sıranın bitkiləri müxtəlif sporludur.

Selaginella cinsinin 500-ə qədər növü məlumdur ki, bunlar da əsasən tropik ölkələrdə bitir. Keçmiş SSRİ ərazisində bitən növlərindən S.selaginellaoides bitkisini göstərmək olar. Qısa, sürünən, uc hissəsi dik qalxan gövdəsi vardır. Kənarı xırdadişli, uzunsov yumurtaşəkilli yarpaqları qarşı-qarşıya düzülmüşdür. Dördkünclü sünbülləri xırda ayaqcıq üzərində tək-tək və ya cüt-cüt yerləşmişdir. Sünbül oxu üzərində çoxlu sporofillər, onların da qaidə hissəsində bir ədəd sporangil yerləşir. Bu sünbüldə mikrosporangi, həm də meqasporangi (makrosporangi) əmələ gəlir. Meqasporangilər nisbətən iri olub, onlarda 4 ədəd meqaspor, mikrosporangidə isə çoxlu mikrosporlar yetişir. Mikrospordan erkək qametofit, meqaspordan isə dişi protal (ilk cücərti) əmələ gəlir. Mayalanma yağışdan sonra və ya şeh düşdükdə baş verir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lycopodiopsida haqqında məlumat. Lycopodiopsida nədir? Lycopodiopsida nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Elektrostatik induksiya

  • Fevral 27, 2026

    963-cü il

  • Fevral 27, 2026

    Pan

  • Fevral 27, 2026

    ÜİK(b)P MK

  • Fevral 27, 2026

    Körpə

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst