Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lui Nicolas Davu (10 may 1770[…] – 1 iyun 1823[…], Paris) - “dəmir marşal” ləqəbinə sahib olan bu fransız marşalı Napoleon Bonapartın sərkərdəsi olmuş, və Frans

Lui Davu

  • Ana Səhifə
  • Vikipediya
  • Lui Davu

Lui Nicolas Davu (10 may 1770[…] – 1 iyun 1823[…], Paris) - “dəmir marşal” ləqəbinə sahib olan bu fransız marşalı Napoleon Bonapartın sərkərdəsi olmuş, və Fransa tarixində Napoleonun heç bir döyüşdə məğlub olmayan yeganə marşalı kimi tarixə düşmüşdü.

Lui Nicolas Davu
Louis-Nicolas Davout
Şəxsi məlumatlar
Ləqəbi Dəmir Marşal
Doğum tarixi 10 may 1770
Doğum yeri Fransa
Vəfat tarixi 1 iyun 1823 (53 yaşında)
Vəfat yeri Paris,Fransa
Vəfat səbəbi vərəm
Vətəndaşlığı Fransa
Hərbi fəaliyyəti
Mənsubiyyəti Fransa
Xidmət illəri 1788-1815
Rütbəsi Ordu Generalı
Döyüşlər Napoleon müharibələri, Fransa İnqilab müharibələri
Təltifləri Fransa Marşalı mükafatı, Şərəf ordeni,
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1770-ci ildə anadan olan Lui Davu Napoleonla birgə Briensk hərbi məktəbində təhsil almışdı.

General-mayor Davu 1798-1801-ci illərdə Napoleonun Misirə olan yürüşündə iştirak etmişdi. Süvari dəstələrinin başçısı olan Davu xüsusilə 1799-cu il Əbukir döyüşündə fərqlənir. Həmin döyüşdə Napoleonun 7 minlik ordusu Mustafa Paşanın rəhbərlik etdiyi 15 minlik türk ordusu darmadağın etmişdi. Bu ekspedisiyadan sonra Davu Napoleonun yaxın çevrəsinə daxil olur və 1800-1801-ci illər arasında Napoleonun İtaliya ordusunun süvari dəstələrinin başçısı olur.

1804-cü ildə Davu ən yüksək hərbi vəzifəyə layiq görülür- o Fransanın marşalı adını alır və Napoleonun məsləhətçilərindən biri olur.

2 dekabr 1805-ci ildə Auserlits yaxınlığında baş verən və tarixə “Üç imperatorun döyüşü” kimi düşən döyüşdə Napoleonun hərbi dəstələri Rus-Avstriya birləşməsini darmadağın edir.

1806-cı il də “dəmir marşal” üçün uğurlu olur. Güclü Prusiyaya qarşı Auerştedst yaxınlığındakı döyüşdəki parlaq qələbədən sonra imperator Napoleon ona ordenlərlə yanaşı Auerştedstın hersoqu vəzifəsinə təyin etmişdi.

Lev Tolstoy “Hərb və Sülh” əsərində Davunun nəyə görə özünə iqamətgah kimi çirkli bir sarayı seçdiyini belə izah edir: “Davu o şəxslərdəndi ki, bilərəkdən özlərini tutqun həyat şəraitinə salırlar ki, həyatda tutqun olmağa haqqları olsun.”

“Mən Parisi yalnız sizə etibar edə bilərəm”- Napoelon belə deyərək, ön cəbhələrə yollanmaq istəyən Davunu öz fikrindən çəkindirmək istəyirdi.

Napoleon hökumətinin hərbi və siyasi məğlubiyyətindən sonra Davu Napoleona sadiq qalan azsaylı marşallardan idi. Burbonların Fransada yenidən hakimiyyəti ələ keçirməsindən sonra Davu bütün fəxri adlarından məhrum olur. Lakin onun cəmiyyət içində, həmçinin orduda məşhurluğu çox böyük idi. Burbonların ona olan münasibəti cəmiyyətdə ciddi etirazlara səbəb olur, buna görə də Davuya bütün hərbi adlar qaytarılır. Bundan başqa 2 ildən sonra o, Fransanın perı vəzifəsinə təyin olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lui davu sözünün mənası, lui davu haqqında məlumat. lui davu nədir? lui davu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Anatomiya

  • Fevral 27, 2026

    Böyük Admiral

  • Fevral 27, 2026

    S:Ğaşiyə surəsi

  • Mart 01, 2026

    SOFAZ Tower

  • Fevral 27, 2026

    Kadusilərin qalası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst