Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lui Bazin (fr. Louis Bazin; 29 dekabr 1920, Kann[d], Kalvados, Normandiya, Fransa – 2 mart 2011[…], XIII arondisman) — fransız şərşünas-türkoloqu.

Lui Bazin

  • Ana Səhifə
  • Vikipediya
  • Lui Bazin

Lui Bazin (fr. Louis Bazin; 29 dekabr 1920, Kann[d], Kalvados, Normandiya, Fransa – 2 mart 2011[…], XIII arondisman) — fransız şərşünas-türkoloqu.

Lui Bazin
Doğum tarixi 29 dekabr 1920(1920-12-29)
Doğum yeri
  • Kann[d], Kalvados, Normandiya, Fransa
Vəfat tarixi 2 mart 2011(2011-03-02)[…] (90 yaşında)
Vəfat yeri
  • XIII arondisman, Paris
Təhsili
  • Paris Ali Normal Məktəbi,
  • Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut
Fəaliyyəti dilçi, tərcüməçi, filoloq, şərqşünas, türkoloq, universitet müəllimi[d]
Üzvlüyü
  • Avropa Akademiyası (1994)
Mükafatları "Akademik Palma" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeninin zabit dərəcəsi

Həyatı

Lui Bazin 29 dekabr 1920-ci ildə Normandiyanın Kalvados bölgəsində anadan olub. Orta məktəbdə oxuduğu müddətdə yunan, latın, alman dillərini öyrənmiş, klassik ədəbiyyat kursları keçmişdir. 1943-cü ildə universiteti bitirmiş və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzində elmi işçi kimi işləməyə başlamışdır. Burada daha çox ümumi dilçilik sahəsində çalışmışdır. O, dövrün tanınmış dilçilərindən Jozef Vendryesin məsləhəti ilə türk dilini öyrənməyə başlayır. Şərq Dilləri Bölməsində Türkiyə türkcəsi üzərində işləyən Jan Deni ilə üç il oxumuş və Milli Yaşayan Şərq Dilləri Məktəbinin məzunu olmuşdur. Türkologiya üzrə ixtisaslaşmaq üçün monqol dili ilə yanaşı, Azərbaycan, türkmən və qırğız dillərini də öyrənmişdir.

1945–1948-ci illərdə Türkiyədə yaşadı. Ankarada Fuad Köprülü, Orhan Vəli, Nurullah Ataç kimi əhəmiyyətli adlarla eyni mühitdə yaşadı. Müəllimi Jan Deninin ölümündən sonra o, qırx ilə yaxın Şərq Dilləri İnstitutunda professor kimi türk dili dərsləri deyib. 1950-ci ildə Sorbonna Universiteti Ali Araşdırmalar Məktəbində yaratdığı kafedrada türk dilinin tarixi və türk ləhcələri üzrə kurslar verdi. 1978-ci ildə təyin olunduğu III. Paris Universitetindən 1990-cı ildə təqaüdə çıxdı. 1960–1989-cu illərdə həmin universitetin Türk Araşdırmaları İnstitutunun müdiri olmuşdur. "Turcica" jurnalının redaksiya heyətinin üzvü idi. 2011-ci il martın 2-də vəfat etdi.

Lui Bazin türk dili, türk mədəniyyəti və inancları, köhnə türk epiqrafik ədəbiyyatı, türk təqvimləri, türklərdə buddizmin təsiri və ilk mətnlər kimi mövzularda yetmişə yaxın məqalə və bir çox əsər yazmışdır. Onun tərcümələri arasında Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin komediyaları kimi əsərlər də var.

Əsərləri

  • Aventures merveilleuses sous terre et ailleurs de Er-Töshtük le géant des steppes (1989) de Er-Töshtük, Pertev Boratav (Sous la direction de), Louis Bazin (Sous la direction de)
  • Les systèmes chronologiques dans le monde turc ancien. Bibliothéca orientalis hungarica (1991) de Louis Bazin
  • Mélanges offerts à Louis Bazin par ses disciples, collègues et amis (17 avril 1992) de Louis Bazin, Jean-Louis Bacqué-Grammont, Institut français d'études anatoliennes d'Istanbul
  • Introduction à l'étude pratique de la langue turque - Louis Bazin - 1987 - Librairie d'Amérique et d'Orient - J. Maisonneuve, succ.
  • Le Livre de Dédé Korkut, récit de la geste Oghuz - Louis Bazin - Altan Gökalp

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lui Bazin haqqında məlumat. Lui Bazin nədir? Lui Bazin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Raket

  • Fevral 27, 2026

    Fabaceae

  • Fevral 27, 2026

    Komediya

  • Fevral 27, 2026

    Civə (komiks)

  • Fevral 27, 2026

    Alina Trepina

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst