Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lotreamon (fr. Comte de Lautréamont, əsl adı Isidore Lucien Ducasse; 4 aprel 1846[…], Montevideo, Uruqvay – 24 noyabr 1870[…], IX arondisman, Fransa ) — Fransız

Lotreamon

  • Ana Səhifə
  • Vikipediya
  • Lotreamon

Lotreamon (fr. Comte de Lautréamont, əsl adı Isidore Lucien Ducasse; 4 aprel 1846[…], Montevideo, Uruqvay – 24 noyabr 1870[…], IX arondisman, Fransa ) — Fransız şair.

Lotreamon
fr. Isidore Ducasse
Doğum adı Isidore Lucien Ducasse
Təxəllüsü Comte de Lautréamont, Lautréamont
Doğum tarixi 4 aprel 1846(1846-04-04)[…]
Doğum yeri
  • Montevideo, Uruqvay
Vəfat tarixi 24 noyabr 1870(1870-11-24)[…] (24 yaşında)
Vəfat yeri
  • IX arondisman, Fransa
Dəfn yeri
  • Monmartr qəbiristanlığı
  • Panten qəbiristanlığı[d]
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili fransız dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1868-ci ildə "Maldoror mahnıları" nın ilk nəşri

Mündəricat

Həyatı

Haqqında çox az məlumat olan İsidore Ducassenin ləqəbi Comte de Lotreamondur. 4 Aprel 1846-cı ildə Uruqvayda Montevideoda doğulmuşdur. Atası Fransa səfirliyində işləyirdi. Anası Lotreamon 18 aylıq ikən vəfat edir, intihar etdiyi barədə də şübhələr vardır. Uruqvayda keçirdiyi gəncliyi bir sirr olaraq qalmışdır. Paraqvay vətəndaş müharibəsi və vəbanın çox yayıldığı bir zamanda 10 yaşında ikən atası tərəfindən təhsilini bitirməsi üçün Fransaya, Tarbesə göndərilmişdir. Tarbes və Pauda lovğa, içinə qapalı və ciddi görkəmli olaraq görülmüşdür. Burada o Latın dili və riyaziyyat dərslərindəki uğursuzluğunu ədəbiyyata olan marağı və müvəffəqiyyəti ilə əvəz edə bilmişdir. Biologiya ilə də yaxından maraqlanan Lotreamon bu biliklərini Maldororun mahnıları əsərində çox istifadə etmişdir. 19 yaşında məktəbi bitirdikdən sonra onun səfərlər etdiyi barədə fikirlər var. Bu səfərlərin Uruqvaya atasını görməyə və Fransaya ədəbi əlaqələr yaratmaq üçün olduğu güman edilir. 1867 və ya 1868-ci ildə heç bir qeydiyyat olmamasına baxmayaraq Parisdə pilotexnik və ya mədən məktəbində oxuduğu fikirləri irəli sürülmüşdür.Tədqiqatçıların çoxu Lotreamon Parisdə olarkən Maldororun mahnılarının çıxdığını düşünürlər. 24 yaşında bir otel otağında intihar edərək vəfat etmişdir. Ən məşhur əsəri Maldororun mahnılarıdır.

Maldororun mahnıları

1868-ci ildə Lotreamon Uruqvaya atasına Maldororun ilk hissəsini göstərmək və maliyyə dəstəyi aımaq üçün səfər edir. İlk hissə anonym olaraq 1868-ci ildə nəşr olunmuşdur. Emil Zolya, Viktor Hüqo kimi fransız ədəbiyyatının məşhur adları üçün redactor olaraq işləmiş Albert Lacroix və Joseph Proudhon tərəfindən kitabın son versiyasının düzəlişləri edildi. 1869-cu ilin yazında əsər çap olundu. Lacroix şirkəti kitabın dəyərləri təhqir edən hesab edərək məhkəməyə düşəcəyindən qorxdu və heç vaxt kitabı satışa çıxarmadı. Maldororun mahnıları fövqəladə məcazlar və xüsusiyyətlər daşıyan, tanrıya üsyan edən və insanın daha çox heyvani cəhətlərini göstərən mənzum nəsrlə yazılmış kitabdır. Bu kitabla Lotreamon Fransız ədəbiyyatında daimi bir yer tutmuşdur. Sürrealist cərəyanın mühüm rəmzlərindən biri olmuşdur.

Haqqındakı düşüncələr

  • "Maldororun VI mahnısını oxuyanda öz yazdıqlarından utandım.”- Andre Jid
  • "Maldororun bir az dadına baxanda bütün şeirlər kölgədə qalır." - Araqon
  • "Lotreamonu açın! Bütün ədəbiyyat bir çətir kimi tərsinə dönəcək." - Frensis Ponq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lotreamon haqqında məlumat. Lotreamon nədir? Lotreamon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abuzər Xələfov

  • Fevral 27, 2026

    Naviqasiya

  • Fevral 27, 2026

    Adnan Bərəkət

  • Fevral 27, 2026

    Muntiacus vuquangensis

  • Fevral 27, 2026

    Phasianinae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst