Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun‎, 1884, Yelenendorf, Yelizavetpol qəzası – 1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksi

Lorens Kun

  • Ana Səhifə
  • Vikipediya
  • Lorens Kun

Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun‎, 1884, Yelenendorf, Yelizavetpol qəzası – 1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Lorens Kun
alm. Lorenz Jakob Kun‎
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri
15 dekabr 1918 – 27 aprel 1920
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü
15 dekabr 1918 – 27 aprel 1920
FraksiyaMilli azlıqlar fraksiyası
Şəxsi məlumatlar
Doğum tarixi 1884(1884)
Doğum yeri
  • Yelenendorf, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1942(1942) (57–58 yaşında)
Fəaliyyəti siyasətçi

Mündəricat

Həyatı

Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Benkendorfun yanında sahə müdiri olaraq fəaliyyət göstərib.

1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayonu "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi.

Repressiya

Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur. 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır. 1933–1934-cü illərdə Gürcüstanda Mirzəan sahəsinin baş mühəndisi olaraq çalışmışdır.

Lorens Kun 18 fevral 1938-ci ildə yenidən həbs olundu və 5 il həbs cəzasına məhkum edildi. 18 fevral 1940-cı ildə SSRİ Daxili İşlər Komissarlığı Şimali Ural İTL rəhbərinin qərarı ilə Kaganoviç adına Tavda Dəmiryolu Stansiyaya köçürüldü. 1942-ci ildə Uxtada vəfat etdi.

Siyasi fəaliyyəti

Yelenendorfda işlədikdən sonra yerli Alman komitəsinə üzv seçilmişdir.

10 dekabr 1918-ci ildə Alman Milli Şurası sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 15 dekabr tarixində təsdiqlənmişdir. O, parlamentdə Milli azlıqlar fraksiyasının üzvü və sədri olmuşdur.

Parlamentin 10 dekabr 1918 tarixli sayca 2-ci iclasında Lorens Kun azərbaycanlılar və almanlar arasındakı 100 illik dostluq haqqında belə çıxış etmişdir.

" ...ən səmimi qonşuluq əlaqələrimiz heç vaxt pozulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti almanları sakitcə gələcəyə baxır, öz milli mənsubiyyətlərinin qorunacağına və sakit iş həyatına davam edəcəyinə ümidlidir və müstəqil Azərbaycanın xeyrinə çalışacaqlar.. "

Ailəsi

  • Xanımı Lina Forer — (d.1898) "Forer qardaşları" Səhmdar Cəmiyyətinin qurucularından olan Henrix Forerin qızı
  • Oğlu: Alfred Kun — (d. 1925)
  • Qızı: Gertruda Kun — (d. 1917)
  • Qardaşları: Robert Kun, Samuil Kun (d. 1870), İmmanuel Kun (d. 1881)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lorens kun sözünün mənası, lorens kun haqqında məlumat. lorens kun nədir? lorens kun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Zvartnots kafedralı

  • Mart 01, 2026

    Enterobakteriyalar

  • Mart 06, 2026

    Tanbur

  • Mart 06, 2026

    Khmer İmperiyası

  • Mart 06, 2026

    Hippomaninae

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst