Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Loqopediya nitq inkişafı qüsurları haqqında pedaqoji elm olub, bu qüsurların aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemidir. Nitq q

Loqopediya

  • Ana Səhifə
  • Vikipediya
  • Loqopediya

Loqopediya nitq inkişafı qüsurları haqqında pedaqoji elm olub, bu qüsurların aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemidir. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır. Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir.

Mündəricat

Nitq pozğunluğu

Nitq insana məxsus olan ali psixi funksiyadır. Nitq ünsiyyəti insanlar arasında sosial əlaqəni spesifik insani vasitələrini yaradıb kollektiv əməyini dərk etmək fəaliyyətinin ali formalarını inkişaf etdirir. Nitq uşağın bütün psixi həyatında mühüm rol oynayıb, onda əsas idrak proseslərinin formalaşmasına səbəb olur. Tamamilə aydındır ki, uşağın nitq inkişafında baş verən pozğunluq – onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitlə ünsiyyət yaratma çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılması kimi ciddi qüsurları uşağı ən vacib vasitədən –özünü təsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır.

Nitq qüsurlarının nitq təsnifatı

1.Fonetik qüsurlar – səslərin təhrif tələffüzü və ya heç olmaması. Bu qüsurlar dislaliya, dizartriya və rinolaliya kimi diaqnozlaşdırılırlar. 2.Nitqin itirilməsi və ya inkişafdan geri qalması. Bura alaliya və afaziya daxildir. 3.Nitq surətinin, ritminin və səlisliyinin pozulması taxılaliya, bradilaliya.

Loqopediyanın vəzifələri

Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uşaqların xüsusi təlim – tərbiyə qanunauyğunluqlarını təqdim etməkdir. Bu məqsədlə nitq qüsurlarının yaranması və səbəbləri, xarakter və strukturu açıqlanmalıdır. Əldə edilən nəticələrdən nitq qüsurlarının müxtəlif formalarını elmi şəkildə əsaslandırılmış vasitə və üsullarla aradan qaldırmaq yolları işləyib hazırlamaq üçün istifadə edilir. Loqopediya məktəbəqədər, məktəb və yaşlılar loqopediyası hissələrindən ibarətdir. Loqopediya elminin qarşısında aşağıdakı əsas vəzifələrin həyata keçirilməsi durur.

1.Nitq inkiĢafı pozğunluqları olan uşaqların xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi; 2.Məktəbəqədər və məktəbyaşlı uşaqların nitq qüsurlarını öyrənən xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi; 3.Nitq qüsurlarının strukturunun, onun psixi inkişafa təsir dairəsinin araşdırılması; 4.Nitq qüsurlarının diaqnostikası, aradan qaldırılması və qarşısını alma metod və vasitələrini, qüsurların növlərinin öyrənilməsi; 5.Əhaliyə lazımi loqopedik köməyin təşkil edilməsi;

Loqopediya elminin prinsipləri

Uşaqlarda nitq patologiyasının pedaqoji cəhətdən araşdırılmasının məzmun və istiqaməti loqopediya elminin metodunu təşkil edən prinsiplərlə müəyyənləşir;

  • İnkişaf prinsipi.
  • Sistemli yanaşma prinsipi.
  • Nitq qüsurlarını psixi inkişafın digər tərəfləri ilə əlaqəli öyrənilməsi prinsipi.


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, loqopediya sözünün mənası, loqopediya haqqında məlumat. loqopediya nədir? loqopediya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Jüt (lif)

  • Fevral 23, 2026

    Qanunverici hakimiyyət

  • Fevral 27, 2026

    Rəqqas

  • Fevral 27, 2026

    Theotokos

  • Fevral 27, 2026

    ISMN

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst